Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın Baş Qərargah rəisi: NATO Arktikada hərbi mövcudluğunu artırıb

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini, ordu generalı Valeri Gerasimov bildirib ki, Qərb Arktikanın yüksək enliklərində hərbi mövcudluğunu artırır və Rusiya sərhədləri yaxınlığında hərbi infrastrukturu inkişaf etdirir...

Poliqon xəbər verir ki, general bu barədə Rusiya Müdafiə Nazirliyinin 2023-cü ildə fəaliyyətinin yekunlarına dair xarici hərbi attaşelər üçün keçirdiyi brifinqdə danışıb.

"Birləşmiş Ştatlar və NATO səylərini Arktikada dominantlıqlarını təmin etməyə və regionda Rusiya Federasiyasını cilovlamağa yönəldiblər", deyə Gerasimov bildirib və qeyd edib ki, bunun nəticəsində regionda münaqişə potensialı artır.

Baş Qərargah rəisinin sözlərinə görə, NATO kontingentləri getdikcə Finlandiya və İsveç ərazilərində yerləşdirilir. Gerasimov həmçinin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin Arktikada olması hərbi güc nümayişi ilə deyil, regionun iqtisadi inkişafının təhlükəsizliyinin təmin edilməsi ilə bağlıdır. Bu, Şimal Dəniz Marşrutunun sularında naviqasiya və təbii ehtiyatların kəşfiyyatı və hasilatı sahəsində layihələrin həyata keçirilməsinə də aiddir.

Valeri Gerasimov həmçinin Ukraynanın cəbhədəki əks-hücumunun uğursuz olduğunu bildirib: "Ukrayna və onun NATO müttəfiqləri tərəfindən geniş şəkildə açıqlanan əks-hücum uğursuzluğa düçar oldu".

Onun sözlərinə görə, Kiyevə əlavə olaraq Qərb silahlarının göndərilməsi və Ukrayna komandanlığının strateji ehtiyatların döyüşə daxil edilməsi ilə döyüş meydanındakı vəziyyət dəyişməyib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

Mikayıl Mirzənin oğlu: "Atam sağ olsaydı, mən səfir idim..."

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

Bakıda azyaşlı övladını girov götürən və zərərsizləşdirilən şəxs "Beton Xosrov" ləqəbli tanınmış idmançı olub - Təfərrüat

"Elman Rüstəmov “Premium Bank” vasitəsilə Mərkəzi Bankdan 2,5 milyon manat məbləğində qanunsuz kredit götürüb"

Ağadadaş Ağayevin atdığı balta qadını yaraladı - Təfərrüat

Şəmkirdə kişi arvadını bıçaqlayıb - Yenilənib

Ədalət Şükürov bağını nümayiş etdirdi - Video

Bakıda arıçılıq məhsullarının növbəti Sərgi-Satış Yarmarkası keçiriləcək

Ən çox oxunanalar