Cümə, 11 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Biz Qarabağda indiki vəziyyətin olacağını Azərbaycana işğalçı rus ordusu gəlib yerləşən anda dedik” - Hafiz Hacıyev

Qarabağ cəbhəsində nə baş verir? ..

Müasir Müsavat Partiyasının sədri: “Biz həm daxilimizdə olan “5-ci kalon”un, həm də ruslarla əlaqədə olan qüvvələrin əlindən Azərbaycanda çevriliş etmək şanslarını almalıyıq”.

“Hakimiyyət daxilində olan bəzi qüvvələr Azərbaycanda sabitliyi pozmaqdan ötrü Rusiyada olan dostlarından, Putinin ətrafında olan qohumlarından istifadə edib Qarabağda vəziyyəti gərginləşdirirlər”.

Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Qarabağda baş verən hadisələri PİA.az-a şərh edərkən qeyd edib.

Son günlər Qarabağ ətrafında vəziyyət gərginləşir və sanki indiki vəziyyət 2020-ci ildə müharibədən öncəki vəziyyəti xatırladır. Belə ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutdu. Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid oldu.

Qarabağda baş verənləri PİA.az-ın əməkdaşı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ilə müzakirə edib.

Hafiz Hacıyev: “Ramiz Mehdiyevin dəfələrlə Moskvadan tapşırıqlar alması bu gün Qarabağda belə bir vəziyyətin yaranmasına səbəb oldu”.

İndi Qarabağda olan hadisələrin Rusiyanın Azərbaycana olan birbaşa təpkisi olduğunu vurğulayan partiya sədri bildirib ki, Rusiya Azərbaycan dövlətini bütün vasitələrlə özlərindən asılı vəziyyətə salmağa çalır. Bu da mümkün olan məsələ deyil:

“Biz Qarabağda indiki vəziyyətin olacağını Azərbaycana işğalçı rus ordusu gəlib yerləşən anda dedik. Biz dedik ki, ruslar Qarabağda “sülhməramlı” qüvvələr yox, sülhpozucu qüvvələr olacaq. Belə də oldu. Bu gün biz təəsüflənirik ki, yeni şəhid veririk. Başqa təssüf hissini də rusların Qarabağa gətirilməməsini dediyimiz, ancaq gətirilməsi üçün keçirir. Çünki işğalçı ordunu yenidən Azərbaycana “sülhməramlı” adı altında gətirməklə, ölkəni sanki yenidən işğal etdilər.

İndi Azərbaycan xalqı elə bir vaxta gəldi ki, ali baş komandanın yanında hamılıqla birləşməlidirlər. Amma ölkədə olan “5-ci kalon” buna da imkan vermir. Hakimiyyət daxilində olan bəzi qüvvələr Azərbaycanda sabitliyi pozmaqdan ötrü Rusiyada olan dostlarından, Putinin ətrafında olan qohumlarından istifadə edib Qarabağda vəziyyəti gərginləşdirirlər. Onlar istəyirlər ki, xalq, dövlət Qarabağ məsələsində qətiyyətli mövqe tutmasınlar. Amma ali baş komandanımız bu sahədə çox ciddi təcrübələrə malikdir. O, 44 günlük müharibədə də bunu göstərdi.

Bu gün hakimiyyətə gəlmək istəyən, ölkədə dövlət çevrilişi etmək istəyənlərin əksəriyyəti pozuculuq işləri də məşğuldurlar. Onların da bir məqsədi var. Bu məqsəd də odur ki, payız ayına qədər Qarabağda rusların əli ilə ermənilər bir neçə rayonları geri qaytarsınlar və Azərbaycanın ərazilərini işğal etsinlər. Eyni zamanda Azərbaycana qənim kəsilən, adını da ana müxalifət qoyan qüvvələrlə “5-ci kalon”un, o cümlədən hakimiyyət daxilində olan bəzi insanların Ramiz Mehdiyevin ətrafında birləşərək dövlətə qarşı birləşmələri də var. Ramiz Mehdiyevin dəfələrlə Moskvadan tapşırıqlar alması bu gün Qarabağda belə bir vəziyyətin yaranmasına səbəb oldu.

Hafiz Hacıyev: “İşğalçı ordunu yenidən Azərbaycana “sülhməramlı” adı altında gətirməklə, ölkəni sanki yenidən işğal etdilər”.

Düşünürəm ki, 44 günlük müharibədə bütün siyasi partiyalar necə ali baş komandanın yanında idisə, indi də belə olmalıdır. Partiyaları da incidirlər. Partiya xalq deməkdir və onlar xalqla dövlər arasında baryer yaradıblar. Bunlara baxmayaraq partiya sədrləri təmkin nümayiş etdirməli və güclü olmalıdır. Biz həm daxilimizdə olan “5-ci kalon”un, həm də ruslarla əlaqədə olan qüvvələrin əlindən Azərbaycanda çevriliş etmək şanslarını almalıyıq.

Ermənistan bu cür aventürası baş tutmayacaq. Ermənistanın torpaqlarımızı yenidən işğal etmək niyyəti, bizim daxilimizdə olan qüvvələrin əli ilə baş tuta bilər. Buna da biz imkan verməyəcəyik. İndi Qarabağda olan hadisələr Rusiyanın Azərbaycana olan birbaşa təpkisidir. Rusiya çalışır ki, Azərbaycan dövlətini bütün vasitələrlə özlərindən asılı vəziyyətə salsınlar. Bu da mümkün olan məsələ deyil.

Azərbaycan dövləti və xalqı bir yerdə olub Qarabağda bu günlərdə verdiyimiz şəhidlərin qanını alacaq. Biz buna görə böyük güc nümayiş etdirəcəyik. Buna görə hakimiyyət təcili referendum məsələsinə getməlidir. Azərbaycan hakimiyyətində parlament dövlət başçısının deyil, Ramiz Mehdiyevin “5-ci kalon”unun parlamentidir. Biz dövlət başçısı ilə bir yerdə olub, hər şeyə nail olamlıyıq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti

Xalq artisti Emin Ağalarov Kürdəxanıda yaşayış binaları tikəcək

Türkiyədə növbədənkənar prezident seçkiləri 2027-ci ilin ortasından sonra müzakirə oluna bilər

Kobaxidze: Gürcüstanın ərazi bütövlüyünün sülh yolu ilə bərpası tamamilə mümkündür

Yeddi bürc üçün yeni qapılar açılmaq üzrədir

COP29-un prezidenti: Yeni Kollektiv Kəmiyyət Məqsədi danışıqların əsas prioriteti olaraq qalır

Xudatda baş verən qəzada ölən və yaralananların kimliyi məlum olub - Yenilənib 

Azərbaycanda su tarifləri diferensiallaşdırılacaq

Azərbaycanda “Ağıllı su” sistemləri yaradılacaq

Ən çox oxunanalar