Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda azyaşlı övladını girov götürən və zərərsizləşdirilən şəxs "Beton Xosrov" ləqəbli tanınmış idmançı olub - Təfərrüat

Ötən gün Bakının Suraxanı rayonunda azyaşlını girov götürən və daha sonra polis tərəfindən zərərsizləşdirilən şəxslə bağlı bəzi təfərrüatlar məlum olub...

"Report"un əldə etdiyi məlumata görə, hadisə Hövsan qəsəbəsində 76 nömrəli məktəbin yaxınlığında yerləşən binada qeydə alınıb.

Əvvəllər məhkum olunan Xosrov Əhmədov öz azyaşlı övladının boğazına bıçaq dirəyərək onu öldürəcəyini bildirib.

Hadisə yerinə gələn polis əməkdaşları Xosrov Əhmədovu bu əməlindən yayındırmağa çalışıb. Dəfələrlə polisin qanuni tələblərinə və xəbərdarlıqlarına baxmayaraq, X.Əhmədov öz azyaşlı övladını öldürəcəyini bildirib. Polis əməkdaşları azyaşlının həyatını xilas etmək üçün Xosrov Əhmədovu zərərsizləşdirib.

Xosrov Əhmədovun əvvəllər peşəkar idmançı olduğu bildirilib. O, ağırlıqqaldırma üzrə Azərbaycan çempionu olub və bir sıra beynəlxalq yarışlarda iştirak edib.

O, "Beton Xosrov" ləqəbi ilə tanınıb və sosial şəbəkələrdə videogörüntüləri mövcuddur.

X.Əhmədovun bir müddət əvvəl psixoloji problemləri olan əmisinin evini əlindən alaraq, onu küçəyə atdığı da deyilir.

***

Paytaxtın Suraxanı rayonunda azyaşlını girov götürüb öldürəcəyi ilə hədələyən şəxs zərərsizləşdirilib.

DİN-in Mətbuat Xidmətindən Poliqon-a bildirilib ki, axtarışda olan, əvvəllər hərbi və digər cinayət əməllərinə görə məhkum olunmuş X.Əhmədov saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayıb, müqavimət göstərib, uşağı girov götürərək boğaz nahiyəsinə soyuq silah dayayaraq onun həyatına təhlükə yaratmaqla qeyri-adekvat hərəkətlərini davam etdirib.

Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, sonuncu buna məhəl qoymadığından ətrafda olan şəxslərin və azyaşlının təhlükəsizliyi nəzərə alınaraq, X.Əhmədova polis əməkdaşları tərəfindən xidməti silah tətbiq edilərək zərərsizləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info


Etiket: Azyaşlı Girov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

Mikayıl Mirzənin oğlu: "Atam sağ olsaydı, mən səfir idim..."

Bakıda azyaşlı övladını girov götürən və zərərsizləşdirilən şəxs "Beton Xosrov" ləqəbli tanınmış idmançı olub - Təfərrüat

"Elman Rüstəmov “Premium Bank” vasitəsilə Mərkəzi Bankdan 2,5 milyon manat məbləğində qanunsuz kredit götürüb"

Politoloq: Kamala Harris Bayden qədər asan rəqib deyil...

Şəmkirdə kişi arvadını bıçaqlayıb - Yenilənib

Ədalət Şükürov bağını nümayiş etdirdi - Video

Bakıda arıçılıq məhsullarının növbəti Sərgi-Satış Yarmarkası keçiriləcək

Ən çox oxunanalar