Çərşənbə, 02 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş redaktor: "Zərdabinin ruhu şaddır"

Həsən bəy Zərdabi tərəfindən 1875-ci ilin bütün çətinliklərinə rəğmən Azərbaycan dilində ilk dəfə "Əkinçi” qəzetinin nəşr edilməsi ilə Milli Mətbuatımızın əsası qoyulub...

Bəs Azərbaycan mətbuatının bugünkü durumu nə yerdədir?

Tanınmış jurnalistlər mövzu ilə bağlı fikirlərini Azxeber.com-a bildiriblər.

"Bakupost.az" saytının baş redaktoru və rəhbəri Elçin Zahiroğlu jurnalistikanın həm iqtisadi, həm məzmun baxımından ağır dövrünü yaşadığını bildirir:

"Bu gün hamı jurnalistləri təbrik edir. Jurnalistlər isə təbriklərİn enerjisindən istifadə edib daha çox düşünməlidirlər. Problemləri, çatışmazlıqları, hədəfləri, dünya mediasının gəldiyi nöqtəni, sosial şəbəkələrlə rəqabəti, nüfuzu, reputasiyanı. Bunların hər biri düşündürücü məqamlardır. Son illərdə media sahəsində müəyyən nizam-intizam yaransa da, uğurlu layihələrə imza atılsa da, Azərbaycan jurnalistikası həm iqtisadi, həm də məzmun baxımından ağır dövrünü yaşayır.

Baş redaktor bildirib ki, peşəkar jurnalistlər mediadan uzaqlaşır:

"Saytların təhlükəsizliyi, peşəkar kadr çatışmazlığı kritik həddədir. Ən yaxşı jurnalistlərimiz mediadan uzaqlaşır, ya yeni peşə seçmək məcburiyyətində qalır, ya da ayrı-ayrı qrumlar tərəfindən acımasıcasına "ovlanıb", məmurlaşdırılırlar. Bəlkə də bu, bir qəsdir. Jurnalistika sürətlə öz ecazkarlığını itirir, prespektivsiz sahə imicini qazanır. Bəzi məmurlar hansısa məqsəd üçün medianı alətə çevirməyə çalışırlar. Dərd burasıdır ki, sadə insanlar da sevmirlər, çünkü inamları azalıb. Bu baxımdan, "biz hara gedirik" sualına cavab verilməlidir. Kənardan bu sahəyə baxanda adama elə gəlir ki, mediamız 4 təkər üstünə qoyulub, üzü aşağı buraxılıb, istiqamət haradır, demək çətindir. Ən azı ona görə ki, nə sükan əlimizdədir, nə də əyləcə ayağımız çatır... Bütün hallarda mən optimizimin tərəfindəyəm, Azərbaycan mətbuatı özündə güc tapıb, hamar yola çıxacaq”.

Pravda.az saytının baş redaktoru İlkin Pirəli isə həmkarından fərqli olaraq düşünür ki, Azərbaycan mətbuatı intibah dövrünü yaşayır:

"Azərbaycan mətbuatı intibah dövrünü yaşayır. Dövlət güclü, qüdrətlidirsə, mətbuatı da o cürdür. Cənab Prezident İlham Əliyevin çıxışlarında qeyd edir ki, Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. Doğrudur! Bunu media sahəsinə də aid etmək olar. Hər kəsə məlumdur ki, Vətən müharibəsindən sonra dövlətimiz beynəlxalq arenada diktə edən tərəfə çevrilib, ölkəmiz cənab İlham Əliyevin rəhbərliyi ilə yeni reallıq yaradıb, dünya ölkələri bu reallığı qəbul etməyə məcbur olub. Çünki Azərbaycanın həyata keçirdiyi siyasət xalqların sülh şəraitində yaşamasına istiqamətlənib. Artıq Cənubi Qafqaz münaqişə ocağı deyil, buradan dünyaya sülh mesajları verilir. Belə olan halda, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında ölkə mediasının üzərinə mühüm vəzifələr düşür.

Hesab edirəm ki, Azərbaycan jurnalistləri bu işin öhdəsindən layiqincə gəlirlər. Son illərdə media sahəsində həyata keçirilən islahatlar - Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin yaradılması, vahid reyestrin formalaşması, media subyektlərinə dövlət dəstəyi bu sahənin inkişafına təkan verib. Mətbuatımızın əsasını dahi mütəfəkkir Həsən Bəy Zərdabi qoyub, əminik ki, onun ruhu şaddır”.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İrandan İsrailə 500-ə yaxın raket atılıb - Yenilənib

Ürəyinizin düşməni - Saat 14:00-dan sonra bunları yeməyin

Bakının üç rayonunda suyun verilməsində fasilə yaranacaq

Ceyk Sallivan: İsrailə zərbənin İran üçün dəhşətli fəsadları olacaq

Yeni sədr onların da qohumlarını işdən çıxardı - Foto

İsrail Ordusu: İran tərəfdən artıq təhlükə yoxdur

Ruslar taktikalarını təkmilləşdirib: Ukraynanın şərqindəki əraziləri görünməmiş sürətlə itirilir...

Tramp: İranın İsrailə raket hücumunun qarşısı alına bilərdi

Pezeşkian: Netanyahuya deyin ki, İran müharibə aparmır, lakin istənilən təhdidlərə sərt cavab verir

Ən çox oxunanalar