Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu il universitetlərdə keçid balı artacaq?

Keçid ballarına abituriyentlərin sayı, imtahan nəticələri və plan yerləri təsir edir...

Poliqon xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq, Dövlət İmtahan Mərkəzindən bildirilib.

Qeyd edilib ki, keçid balları əvvəlcədən müəyyən olunmur, müsabiqə nəticəsində formalaşır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzi rəhbəri Kamran Əsədov isə bildirib ki, bu il plan yerləri 60 mindən artıq olacaq.

"Əsasən, 1-ci və 2-ci ixtisas qrupları üzrə plan yerlərinin kəskin artması gözlənilir. Bu plan yerlərinin artması təhsilə müsbət təsir göstərəcək. Plan yerlərinin artması birmənalı şəkildə keçid ballarına təsir göstərəcək.

1-ci ixtisas qrupu üzrə daha aşağı ballarla ali təhsil müəssisələrinə tələbə qəbulu həyata keçiriləcək. Hətta 3-cü ixtisas qrupu üzrə regionşünaslıq ixtisasında belə aşağı ballar müşahidə edəcəyik. 1-ci ixtisas qrupunda mühəndislik ixtisasları üzrə plan yerlərinin artması, bu ixtisaslar üzrə hətta dövlət sifarişli ixtisaslarda belə keçid ballarının aşağı düşməsi gözləniləndir", - deyə o əlavə edib.

Xatırladaq ki,bir müddət öncə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qeyd edib ki, builki keçid ballarına uşaqların nəticələrindəki orta balın yüksəlməsi təsir edəcək.

"Eləcə də, Azərbaycanda bu il iki yeni universitetə də qəbul olacaq. Bu mənada, balların artması yüksək prestijli ixtisaslarda ola bilər, amma bunu konkret demək çətindir", - deyə M.Abbaszadə vurğulayıb.

Qeyd edək ki, 2024-cü ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarının birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın 26-da, I və IV ixtisas qrupları üzrə iyunun 2-də keçirilib.

II və III ixtisas qrupları üzrə qəbul imtahanların ikinci cəhdi iyulun 7-də, I və IV ixtisas qrupları üzrə iyulun 14-də keçirilib.

Poliqon.info

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Abşeronda qadın sirkə turşusu içib öldü    

Ən çox oxunanalar