Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

43 il əvvəl rekord qıran “Əsrin toyu”... - Fotolar

Onların səs-küylü, nağıl kimi toyu boşanma ilə nəticələndi...

Poliqon "qafqazinfo"ya istinadən xəbər verir ki, Diana və Şahzadə Çarlzın (Britaniya kralı III Çarlz) "Əsrin toyu" adlanan evliliyi ilə bağlı xatirələri təqdim edir:

20 yaşlı Diana 29 iyul 1981-ci ildə Müqəddəs Paul Katedralında 3500 qonağın qarşısında 32 yaşlı Şahzadə Çarlzla evlənib. Dəbdəbəli mərasim daha böyük tutumuna görə Vestminster Abbeydə deyil, Paul Katedralında keçirilib. "Əsrin toyu" kimi qəbul edilən məclisi izləmək üçün 750 milyon insan televiziya qarşısına keçib.

Toy qonaqların sayı, libasların hazırlanması cəhətdən o illərdə rekord qırmışdı. Nəşr xatırladır ki, Diana yazıçı Endryu Mortona bunları demişdi: "Xatırlayıram ki, ərimə o qədər aşiq olmuşdum ki, gözümü ondan çəkə bilmirdim. Sadəcə olaraq dünyanın ən şanslı qızı olduğumu düşünürdüm". Çarlz və Diana toydan beş ay əvvəl, 24 fevral 1981-ci ildə eksklüziv müsahibə verərək nişanlandıqlarını elan etmişdilər. 

Toydan bir neçə ay əvvəl Bukingem Sarayı əvvəllər Diana ilə işləmiş Elizabet və Devid Emanuelə gəlinlik paltarını hazırlamağı tapşırıb. Diananın gəlinlik paltarı kral ailəsi tarixinin ən uzun gəlinliyi idi.

21 iyun 1982-ci ildə Diana Şahzadə Uilyamı, 1984-cü ilin sentyabrında isə Şahzadə Harrini dünyaya gətirib.

Lakin Harrinin dünyaya gəlişindən çox keçmədən onların nikahında problemlər olması barədə şayiələr yayılmağa başladı. Nəhayət, onlar boşandıqdan 2 il sonra Çarlz milli televiziyada xəyanətini etiraf edib, eyni gecədə Diana "Qisas paltarı" adlanan libasını geyinib.

1996-cı ilin avqustunda onların boşanma prosesi yekunlaşıb. Diana 31 avqust 1997-ci ildə 36 yaşında ikən Parisdə avtomobil qəzasında həlak olub. Qəza onun yol yoldaşı Dodi Fayed və sürücü Henri Paulun da ölümünə səbəb olur. Onilliklər ərzində Diananın sui-qəsd nəticəsində öldürüldüyü bildirilsə də, ilkin tədqiqatları qəzanın Henri Paulun içkili olması və idarəetməni itirməsi səbəbindən baş verdiyi ilə nəticələnir.

Fotolar


Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

Fransalı ekstremalın sehrli xalça kostyumunda uçuşu gündəm oldu - Video

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

ABŞ və Böyük Britaniya Yəmənə zərbələr endirib

Səttar Möhbalıyev istefa verir - AHİK-in yeni sədri kim olacaq?

II Qlobal Media Forumunda iştirak edən xarici qonaqlar üçün Şuşada gəzinti təşkil edilib

Ərdoğan nazir və deputatlarla basketbol oynadı - Foto

Ərdoğan Ersin Tatarın Şuşada Zirvə görüşünə qatılmasından danışdı

II Şuşa Qlobal Media Forumunun iştirakçıları "ASAN” Xidmət və "DOST" mərkəzlərində olublar - Foto    

Ərdoğan: Macarıstanı Aİ sədrliyindən uzaqlaşdırmağa çalışırlar

Ən çox oxunanalar