Cümə axşamı, 03 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Benyamin Netanyahu: İsrail HƏMAS üzərində tam qələbədən əl çəkməyəcək

İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatı üzərində qələbədən vaz keçməyəcəyini bildirib...

Poliqon xəbər verir ki, bu barədə The Jerusalem Post nəşri yazıb.

Onun sözlərinə görə, İsrail bundan imtina edərsə, ölkə İranın rəhbərlik etdiyi şər oxu qarşısında təhlükə ilə üzləşəcək. Siyasətçi vurğulayıb ki, İsrail hakimiyyətinin verdiyi qərarlar dövlətin gələcəyi üçün taleyüklüdür.

"Sövdələşməyə gəldikdə isə şübhəsiz ki, şərtlər yetişmək üzrədir. Bu, yaxşı əlamətdir, lakin başqa əlamət odur ki, biz həm də düşmənin ruhunda dönüş nöqtəsi görürük", deyə Netanyahu Vaşinqtonda girovların ailələri ilə görüşdə deyib.

Baş nazir əlavə edib ki, HƏMAS tərəfindən oğurlanan insanların azad edilməsi şərtləri İsrailin yaraqlılara göstərdiyi hərbi təzyiqdən irəli gəlir.

Qeyd edək ki, ötən ilin oktyabr ayının 7-də Fələstin radikal HƏMAS hərəkatının minlərlə silahlı tərəfdarının Qəzza zolağından İsrailə daxil olması, dinc əhaliyə hücum etməsi və 200-dən çox girovu qaçırması ilə Yaxın Şərqdə vəziyyət gərginləşib. Buna cavab olaraq Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. Quru əməliyyatı başladılıb, onun məqsədi girovların qaytarılması və HƏMAS-ın tamamilə məhv edilməsi idi.

Poliqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ruslar taktikalarını təkmilləşdirib: Ukraynanın şərqindəki əraziləri görünməmiş sürətlə itirilir...

Yeni sədr onların da qohumlarını işdən çıxardı - Foto

Prezident general-mayoru rütbəsindən məhrum edib

Bakıda məktəbdə tədris dayandırıldı - şagirdlər evə buraxıldı

Maaş, pensiya və sosial ödənişlər nə qədər artacaq?

NYT: Seçkilərə görə ABŞ-ın İsrailə kifayət qədər təsir aləti yoxdur...

Bakıda qorxunc ağ Amerika həşəratları yayılır: "Təcili tədbirlər görülməsə..." - Foto

SOCAR 2035-ci ilə qədər layihə portfelini şaxələndirməyi planlaşdırır

AMEA prezidentinə müşavirlər təyin olunub - Foto

İsrail İranın hücumlarına cavabla bağlı ABŞ-la məsləhətləşəcək

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - Yenilənib

Ən çox oxunanalar