Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan növbədənkənar parlament seçkiləri ilə əlaqədar 20 beynəlxalq təşkilata dəvət göndərib - Siyahı

Milli Məclisə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar Azərbaycanın dəvət göndərdiyi beynəlxalq təşkilatların siyahısı məlum olub...

Bu barədə "Report”un sorğusuna cavab olaraq Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Xarici İşlər Nazirliyi tərəfindən seçkiləri izləmək üçün 7 beynəlxalq təşkilata dəvət göndərilib. Bunlar ATƏT DTİHB, Müstəqil Dövlətlər Birliyi (MDB), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), GUAM, Qoşulmama Hərəkatı Gənclər Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və Türk Dövlətləri Təşkilatıdır (TDT).

Milli Məclis tərəfindən isə 13 beynəlxalq təşkilata dəvət göndərilib. Bunlar arasında АТӘТ РА, MDB PA, TÜRKPA, İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqı (İƏT Pİ), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi (QDİƏTPM), GUAM PA, Asiya Parlament Assambleyası (APA), Pan-Afrika Parlamenti, İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası (İƏT PA), Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyası (AIPA), Ərəb Parlamenti, Beynəlxalq Parlamentarilər Konqresi (IPC), Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) yer alır.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Almaniya Bundesliqası: "Bavariya" "Volfsburq"a qalib gəldi

Rusiya Pavel Durovla əlaqədar Fransaya nota göndərib

Ən çox oxunanalar