Cümə, 19 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: Ermənistanda nə olursa olsun, keşiş bu proseslərin lideri olmayacaq...

Ermənistanda hökümətə qarşı etiraz aksiyaları keçirən keşiş Baqrat Qalstanyan tərəfdarları ilə görüşüb...

Siyasi-şərhçi: “Paşinyana qarşı bu hərəkat nəticəsiz olacaq. Çünki Qalstanyan və Rusiyapərəst müxalifət hakimiyyəti devirəcək gücə sahib deyillər”.

Ermənistanda hər an Paşinyani devirmək üçün siyasi proseslər baş qaldıra bilər. Bunu ya Rusiya (bu ehtimal daha çoxdur), ya da Amerika başda olmaqla Qərb dünyası başlada bilər”.

Bu sözləri siyasi-şərhçi Cavanşir Abbaslı keşiş Baqrat Qalstanyanın Ermənistanda yenidən etiraza hazırlanmasını Poliqon-a şərh edərkən qeyd edib.

Ermənistanda hökümətə qarşı etiraz aksiyaları keçirən keşiş Baqrat Qalstanyan tərəfdarları ilə görüşüb. O, bildirib ki, hakimiyyətə qarşı mübarizənin yeni mərhələsinə hazırlıq gedir. Baqrat Qalstanyan əlavə edib ki, hərəkatın yenidən aktivləşmə mərhələsi sentyabrın əvvəlində başlayacaq.

Bəs, Qalstanyan sentyabrdan sonra mübarizənin yeni mərhələsində nəyəsə nail ola bilərmi? Ümumiyyətlə, payızda Ermənistanda ciddi proseslərin baş verməsi işartıları görünürmü?

Ermənistanda baş verə biləcək prosesləri Poliqon-un əməkdaşı AĞ Partiya sözçüsü, siyasi-şərhçi Cavanşir Abbaslı ilə müzakirə edib.

Cavanşir Abbaslı: “Baqrat Qalstanyanın sentyabrda nələrsə edə biləcəyinə inanmaq sadəlövlük olardı”.

Paşinyanın nə edəcəksə, Ukrayna savaşı bitənə qədər edəcəyini vurğulayan ekspert Poliqon-a bildirib ki, Ermənistanın rusyönümlü siyasəti yenidən əvvəlki gücə sahib olması bir üədər çətin görünür:

“Keşişin hərəkatı başlayan ilk günlərdə verdiyim müsahibədə qeyd etmişdim ki, o heç nəyə nail ola bilməyəcək. İndi də eyni fikirlərin üzərindəyəm. Ən yaxşı halda onun mitinqlərinə 10 min civarında insan gəlmişdi. Əslində bu rəqəmlə də nəsə əldə etmək mümkün idi.

Sadəcə aksiyaların artan xətlə gedəcəyinə keşiş və onun arxasında duran güclərin ümidləri olsa da, əksi baş verdi. Aksiyadan-aksiyaya etirazçıların sayı azalmağa doğru getdi. Onun üçün də aksiyalara fasilə verildi. İndi də hədəf sentyabr ayı götürülüb. Düşüncələrim dəyişməyib. Paşinyana qarşı bu hərəkat nəticəsiz olacaq. Çünki Qalstanyan və Rusiyapərəst müxalifət hakimiyyəti devirəcək gücə sahib deyillər. Bunu səbəbi isə erməni xalqının Rusiyapərəst müxalifətə etimadının olmamasıdır”.

Lakin siyasi şərhçi Ermənistanda hər an ciddi proseslərin baş vermə ehtimallarını yüksək sayır:

“Paşinyan üzünü Qərbə çevirib, amma Rusiyaya da tam arxa çevirmir. Siyasətini “balanslı siyasət” adlandıra bilməsək də, onun diyadii kursunu ikiüzlü siyasət adlandıra bilərik. Çünki Paşinyan yaxşı başa düşür ki, istədiyi zaman siyasi kursunu Rusiyaya tərəf çüvirsə, Moskva onu qəbul edəcək. Lakin Paşinyan unudur ki, Rusiya onu deyil, Ermənistanı qəbul efəcək və ilk fürsətdə Moskva Paşinyanla vidalaşmaq üçün hər çeyi edəcək.

Ona görə də bu siyasətin mənzili çox da uzaq deyil. Hətta deyərdim ki, artıq dalana dirənməkdədir. Rusiyanın başı hələ ki, Ukrayna cəbhəsinə qarışıb. Həm də arxayındır, Ermənistan sarıdan. Çünki, forpostu sayılan bu ölkədə 102-ci hərbi bazası yerləşir. Paşinyan nə edəcəksə, Ukrayna savaşı bitənə qədər edəcək. Ondan sonra düşünürəm ki, Ermənistanın rusyönümlü siyasəti yenidən əvvəlki dövrlərə qayıdacaq.

Onun üçün düşünürəm ki, Ermənistanda hər an Paşinyani devirmək üçün siyasi proseslər baş qaldıra bilər. Bunu ya Rusiya (bu ehtimal daha çoxdur), ya da Amerika başda olmaqla Qərb dünyası başlada bilər. Çünki, hazırda erməni baş nazir Qərb ölkələri ilə elə əlaqələr qurub ki, qəfil onlardan üz döndərə bilməz.

Digər tərəfdən də Kremlin orada hakimiyyət çevrilişi etmək üçün imkanları kifayət qədər çoxdur. Amma bu proseslərin hansı baş verəcəksə versin, keşiş bu proseslərin içərisində lider kimi yer ala bilməyəcək. Çünki, həm də bu liderlik xarizması onda yoxdur. Onun üçün də, Baqratın sentyabrda nələrsə edə biləcəyinə inanmaq sadəlövlük olardı”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qorxmaz Hüseynovun icra başçısı olan qudası vəzifəsindən azad edilir

İlham Əliyev Oksfordda Almaniya kansleri ilə görüşüb - Yenilənib

Kür çayında meyiti tapılan şəxs itkin olaraq axtarışda olub - Yenilənib

Maştağada Birinci Qarabağ müharibəsinin şəhidi Aydın Qurbanov dəfn edilib

Çempionlar Liqası: "Qarabağ" - "Linkoln" matçının biletləri sabahdan satışa çıxarılacaq

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edib - Yenilənib

Ramin Əhmədov da seçkiyə qatılır - İş adamı Nizami rayonundan namizədliyini irəli sürəcək

Türkiyə Futbol Federasiyasının prezidenti dəyişib

Azərbaycanda gələn aydan internet tarifləri dəyişdiriləcək

Ən çox oxunanalar