Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rus iş adamı yaxtasını anonim alıcıya 40 milyon dollara satıb

ABŞ-da rusiyalı iş adamı Andrey Quryevə məxsus hesab edilən "Alfa Nero" yaxtası Avropadan olan anonim alıcıya 40 milyon dollara satılıb...

Poliqon xəbər verir ki, Bloomberg agentliyi bu barədə Antiqua və Barbudanın ABŞ-dakı səfiri Ronald Sandersə istinadən yazıb.

Bloomberg-in məlumatına görə, bu məbləğ yaxtanın ilkin qiymətindən təxminən 3 dəfə aşağıdır. Müqavilə keçən həftə tamamlanıb.

2023-cü ildə ABŞ Xəzinədarlığı "Alfa Nero"nu qara siyahıdan çıxararaq Antiqua və Barbuda səlahiyyətlilərinə onu hərraca çıxarmağa icazə verib.

Nəşrin məlumatına görə, "Alfa Nero" 2022-ci ilin martında Antiquadakı Falmut limanında tərk edilib.

Agentlik vurğulayır ki, Andrey Quryev özünün yaxta ilə əlaqəsini inkar edir. Ötən ilin avqustunda ABŞ Federal Təhqiqatlar Bürosu yerli hüquq-mühafizə orqanları ilə birlikdə gəmidə axtarış aparıb.

İyulun əvvəlində Forbes rusiyalı müştərilər üçün tikilmiş dörd super yaxtanın icarəyə verildiyini yazmışdı. Bu siyahıda ən bahalısı Domodedovo hava limanının sahibi Dmitri Kamenşçiklə əlaqəli olan "Uçan Tülkü"dür. Bu lüks yaxtanın bir həftəlik icarəsi 4 milyon avroya başa gələcək.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

Mikayıl Mirzənin oğlu: "Atam sağ olsaydı, mən səfir idim..."

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

Bakıda azyaşlı övladını girov götürən və zərərsizləşdirilən şəxs "Beton Xosrov" ləqəbli tanınmış idmançı olub - Təfərrüat

"Elman Rüstəmov “Premium Bank” vasitəsilə Mərkəzi Bankdan 2,5 milyon manat məbləğində qanunsuz kredit götürüb"

Ağadadaş Ağayevin atdığı balta qadını yaraladı - Təfərrüat

Şəmkirdə kişi arvadını bıçaqlayıb - Yenilənib

Ədalət Şükürov bağını nümayiş etdirdi - Video

Bakıda arıçılıq məhsullarının növbəti Sərgi-Satış Yarmarkası keçiriləcək

Ən çox oxunanalar