Cümə axşamı, 03 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fələstin fraksiyaları daxili barışıq bəyannaməsi imzalayıb

Fələstinli fraksiyalar, o cümlədən Fələstin Milli Azadlıq Hərəkatı (Fəth) və HƏMAS Pekində "daxili barışıq haqqında" bəyannamə imzalayıb...

Poliqon xəbər verir ki, mərasimdə Çinin xarici işlər naziri Vanq Yi iştirak edib.

İyulun 21-dən 23-dək Çinin paytaxtında Fələstin fraksiyaları arasında barışıq üzrə dialoq baş tutub. Tədbirdə 14 fraksiya təmsilçisi iştirak edib. "Bu, Fələstinin azad edilməsində mühüm tarixi məqamdır", deyə Vanq Yi sənədin imzalanmasını şərh edib.

Nazir fraksiyaları konsensusun əldə olunması münasibətilə təbrik edib. O vurğulayıb ki, Çin fraksiyaların barışıq səylərini alqışlayır. İsrail hakimiyyəti hələ ki, sənədin imzalanmasına reaksiya verməyib.

Fələstin fraksiyaları Fələstin Azadlıq Təşkilatı (FAT) daxilində mümkün birləşməni müzakirə edir. O, 1964-cü ildə Ərəb Liqasının qərarı ilə yaradılıb. 1990-cı illərdə FAT və İsrailin qarşılıqlı tanınması qərarı var idi. Osloda keçirilən danışıqlardan sonra tərəflər İordan çayının qərb sahili və Qəzza zolağının ərazilərində özünüidarəetmənin tətbiqi ilə bağlı razılığa gəliblər. 

Fələstin Milli Aparatı da ən yüksək orqan və parlamentin səlahiyyətlərini alan Fələstin Qanunvericilik Şurası kimi təsis edildi. 2007-ci ildə HƏMAS Qəzza zolağında hakimiyyəti ələ keçirdikdən sonra Fələstin qrupları arasında münaqişə yaranıb.

7 oktyabr 2023-cü ildən İsrail və HƏMAS arasında müharibə davam edir. İyulun 9-da Qahirədə tərəflərin nümayəndələri arasında dolayı danışıqlar başlayıb. Keçən həftə onlar bir-birini danışıqları sabotaj etməkdə günahlandırıblar: İsrail hakimiyyəti iddia edir ki, Fələstin qrupu davamlı olaraq sazişə dəyişiklik etməyə çalışır.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ruslar taktikalarını təkmilləşdirib: Ukraynanın şərqindəki əraziləri görünməmiş sürətlə itirilir...

Yeni sədr onların da qohumlarını işdən çıxardı - Foto

Prezident general-mayoru rütbəsindən məhrum edib

Bakıda məktəbdə tədris dayandırıldı - şagirdlər evə buraxıldı

Maaş, pensiya və sosial ödənişlər nə qədər artacaq?

Bakıda qorxunc ağ Amerika həşəratları yayılır: "Təcili tədbirlər görülməsə..." - Foto

NYT: Seçkilərə görə ABŞ-ın İsrailə kifayət qədər təsir aləti yoxdur...

SOCAR 2035-ci ilə qədər layihə portfelini şaxələndirməyi planlaşdırır

AMEA prezidentinə müşavirlər təyin olunub - Foto

İsrail İranın hücumlarına cavabla bağlı ABŞ-la məsləhətləşəcək

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - Yenilənib

Ən çox oxunanalar