Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən minimum əmək haqqının artırılması ilə bağlı təkliflər hazırlanır və bu təkliflər noyabrın birinə qədər təqdim olunacaq. Daha sonra hökumətdə müzakirə olunduqdan sonra minimum əmək haqqının artırılması ilə bağlı qərar qəbul ediləcəyi gözlənilir"...

Poliqon xəbər verir ki, bunu baku.ws-ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, ilkin gözlənti növbəti ilin yanvar ayından etibarən minimum əmək haqqın artması ilə bağlıdır:

"Artım faizinin iki rəqəmli olacağı gözlənilir. Çünki son illər orta aylıq əmək haqqıda iki rəqəmli artım qeydə alınıb. Bu baxımdan biz minimum əmək haqqı artırılan zaman həm 2023 və 2024-cü illərdə normal, orta aylıq əmək artım faizinin nəzərə alınması, eyni zamanda inflyasiyanın bu kontekstdə indeksləşdirilməsini təklif edirik. Çünki praktiki olaraq bu minimum əmək haqqı daha yüksək artımların əldə edilməsinə gətirib çıxara bilər.

Nəticədə 700 mindən artıq vətəndaşımızın əmək haqqısının artmasına, birbaşa onların gəlirlərinə təsir göstərə bilər. Nəzərə alsaq ki, minimum əmək haqqı alan vətəndaşlarımız daha çox sosial tələbə təminatına ehtiyacı olan vətəndaşlarımızdır. Bu da onların sosial təminatının daha da gücləndirilməsinə xidmət etmiş olacaq.

Bütövlükdə bu istiqamətdə müzakirələr davam edir və təkliflərin hazırlanması və yeni büdcə paketinin müzakirə olunması və nəticə etibarən minimum əmək haqqının artmasına imkan verəcək.

Konkret məbləğlə bağlı bu ilin payız aylarında müzakirələr nəticəsində əldə edilən rəqəmlə bağlı məlumatı bölüşmək mümkün olacaq".

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kürdəmirdə arvadı evdən gedən kişi canına qəsd etdi

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

İsrail təyyarələri Yəmənin neft anbarlarını bombalayıb    

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Torpaqlarımızı azad etmək üçün lazım olsaydı, daha 17 il gözləyərdik

Bank kartlarına kiberhücumlar edərək külli miqdarda pulları ələ keçirən dəstə üzvləri həbs edilib

Ələt-Osmanlı-Astara dəmir yolu xətti yenidən qurulur

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Azərbaycan Prezidenti: Sülh və ərazilərimizin azad edilməsi naminə bütün şəxsi emosiyalarımı kənara qoymalı idim    

Dövlət başçısı: Avropa bir tərəfdən bizdən qaz hasilatını artırmağı xahiş edir, digər tərəfdən bunu maliyyələşdirmir

Prezident İlham Əliyev: Əminəm ki, Türk Dövlətləri Təşkilatının çox böyük gələcəyi var

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

Ən çox oxunanalar