Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropadan Baydenin qərarına fərqli reaksiyalar: Liderlər nə düşünür?

Avropa İttifaqı liderləri ABŞ-ın hazırkı prezidenti Co Baydenin prezidentlik yarışından namizədliyini geri götürməsinə reaksiya verib...

Poliqon xəbər verir ki, bu barədə Politico qəzeti yazıb.

Nəşrin yazdığına görə, reaksiyalar fərqli olub - bəziləri Baydeni bu qərarına görə tərifləyib, bəziləri Respublikaçılar Partiyasının namizədi və ABŞ-ın keçmiş prezidenti Donald Trampı dəstəklədiyini bildirib. Bəzi Aİ liderləri neytral mövqe tutdular.

"Baydenin "fan-klubu"na Almaniya kansleri Olaf Şolts, Polşa və Böyük Britaniyanın baş nazirləri Donald Tusk və Kir Starmer daxildir. Onlar və digər siyasətçilər onun qərarını dəstəkləyib və Baydenə hörmətlərini bildiriblər", deyə nəşr bildirib.

Trampa dəstəyi Britaniyanın sağçı populist Reform UK partiyasının lideri Naysel Faraj və ifrat sağçı Almaniya üçün Alternativ (AfD) Partiyasından olan Avropa Parlamentinin (AP) üzvü Maksimilian Kra bildirib. Onlar Trampın ABŞ-da keçiriləcək prezident seçkilərində qələbə çalacağına əmindirlər.

Latviya prezidenti Edqars Rinkeviç neytral mövqeyini qoruyaraq "siyasət heç vaxt bu qədər maraqlı olmayıb" deyib.

Qeyd edək ki, hazırkı prezident, 81 yaşlı Co Bayden bir gün əvvəl, iyulun 21-də prezidentlik yarışından geri çəkilmək qərarını açıqlamışdı. Bir çox demokratlar Donald Trampla debatdan və bir sıra digər ictimai çıxışlardan sonra onu seçkidən çəkilməyə çağırıb. 

Bayden bu qərarı onunla izah edib ki, o, səlahiyyət müddətinin qalan hissəsində prezident kimi fəaliyyət göstərməyə fokuslansa, bunun ölkənin və partiyanın maraqlarına uyğun olacağına inanır. Dövlət başçısı Demokratlar Partiyasını Kamala Harrisi namizəd kimi irəli sürməyə dəvət edib. O, namizədlik uğrunda mübarizə aparmağa razılıq verib.

Poliqon.info

 


Etiket: Avfopa Bayden


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Sumqayıtda 40 yaşlı kişini ürəyindən bıçaqladılar

İsrail döyüş təyyarələri Livanı vurub, həlak olanlar var

Sabahdan Bakıda suyun verilməsi əvvəlki rejimdə təmin ediləcək

Ağ Ev Ukrayna üçün yeni yardım paketini açıqlayıb

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb

“Raykomdan deyirdilər ki, Qazax tərəfə getməyin, ermənilər əli silahlı yolda hazır durublar” - Qərbi Azərbaycan Xronikası

Ən çox oxunanalar