Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp sui-qəsd cəhdindən sonra Baydenlə nə danışdığını açıqlayıb

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Pensilvaniya ştatında özünə qarşı sui-qəsd cəhdindən sonra hazırkı dövlət başçısı Co Baydenlə telefon danışığının çox xoş olduğunu deyib...

Poliqon xəbər verir ki, Tramp bu barədə Fox News telekanalına müsahibəsində danışıb.

"Yaxşı idi. Xoş söhbət oldu. Dedi ki, bəxtim gətirib ki, sağa dönmüşəm. Deməli... açıq-aydın kimsə ona xəbər verib. Amma bunu mənə dedi", deyə Tramp qeyd edib. 

Tramp sui-qəsd zamanı aldığı yaranın getdikcə sağaldığını və kiçik sarğılara keçdiyini bildirib: "Biz kiçik sarğılara keçinirik".

Trampa sui-qəsd cəhdi iyulun 13-də Pensilvaniya ştatının Butler şəhərində keçirilən mitinqdə baş verib. Sabiq prezident qulağından yara alıb, bir nəfər ölüb. Hücumu törədən şəxs məhv edilib.

Bundan əvvəl Tramp sui-qəsd cəhdindən sonra aldığı tibbi yardımın təfərrüatlarını əks etdirən məktub dərc edib. Sözügedən sənədi respublikaçı konqresmen Ronni Cekson imzalayıb. O, Texas Nümayəndələr Palatasının üzvü və Ağ Evin keçmiş həkimi, o cümlədən Tramp illərində işləyib.

Cekson sui-qəsd zamanı güllə dəymiş Trampın qulağını hər gün müayinə və müalicə etdiyini deyib. Həkimin sözlərinə görə, Ağ Evin keçmiş rəhbəri eni iki santimetr olan yara ilə xilas olub.

Poliqon.info


Etiket: Tramp Bayden


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Almaniya Bundesliqası: "Bavariya" "Volfsburq"a qalib gəldi

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Rusiya Pavel Durovla əlaqədar Fransaya nota göndərib

Ən çox oxunanalar