Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Adel böyük səhnəni tərk edir: Məşhurluqdan əvvəl necə olduğum üçün darıxıram...

Daha əvvəl ağır xəstəlikdən konsertdə huşunu itirən məşhur britaniyalı müğənni Adel bu xəbərlə pərəstişkarlarını heyrətə salıb. Sənətçi bildirib ki, musiqi karyerasına fasilə vermək istəyir...

Poliqon xəbər verir ki, ZDF telekanalına müsahibə verən ulduz bir müddət böyük səhnəni tərk etdiyini etiraf edib. O, yeni mahnılar buraxmağı və konsert verməyi planlaşdırmır. Böyük musiqi turundan sonra Adel diqqətini "bəzi başqa yaradıcı şeylərə" yönəltmək istəyir.

"Ümumiyyətlə, yeni musiqilərlə bağlı planım yoxdur. Bundan sonra böyük fasilə istəyirəm. Ən azı bir müddət başqa yaradıcılıq işləri ilə məşğul olmağı planlaşdırıram", deyə müğənni bildirib.

İfaçı ABŞ-ın Las-Veqas şəhərindəki son çıxışlarından sonra payızda vətəni Böyük Britaniyaya getməyi planlaşdırır. Orada Adel qohumları ilə vaxt keçirmək və gərgin iş qrafikinə ara vermək istəyir.

"Məşhur olmamışdan əvvəl necə olduğum üçün darıxıram. Ən böyük şey, yəqin ki, küçələrdə tanınmamaqdır. Amma insanların səsimi və mahnılarımı bəyənməsi olduqca qəribədir, ona görə də heç vaxt öyrəşəcəyimi düşünmürəm. Sadəcə, tarazlığa nail olmaq lazımdır", deyə ulduz qeyd edib.

Yeri gəlmişkən, Adel ilk dəfə deyil ki, musiqi karyerasını dayandırır. Əvvəllər sənətçinin səs telləri ilə bağlı problemləri var idi, buna görə uzun müddət konsert vermirdi. Növbəti dəfə müğənni özünü oğlunun tərbiyəsinə həsr etmək üçün səhnəni tərk edib. Bununla belə, məşhur hər dəfə yeni hitlərlə geri dönüb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Ən çox oxunanalar