Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: Mehdi Sübhaninin fəaliyyəti İran-Azərbaycan münasibətlərinin korlanmasına yönəlib...

İranın Ermənistandakı səfiri Mehdi Sübhani növbəti dəfə Bakı-Tehran-İrəvan üçbucağı ətrafında dağıdıcı ruhlu açıqlamalar verib...

Oktay Qasımov: “Faktiki olaraq, Mehdi Sübhaninin fəaliyyəti İran-Azərbaycan münasibətlərinin korlanmasına yönəlib. Təbii ki, onun bu fəaliyyətinə İranın hakim dairələri tərəfindən qiymət verilməsini gözləyirik”.

Azərbaycana münasibətlə bağlı İranın xarici siyasət doktrinasında yer alan müddəalar dəyişdirilməlidir”.

Bu sözləri politoloq Oktay Qasımov İranın Ermənistandakı səfirinin təxribatçı açıqlamalarını Poliqon-a şərh edərkən bildirib.

İran İslam Respublikasının Ermənistandakı səfiri Mehdi Sübhani növbəti dəfə Bakı-Tehran-İrəvan üçbucağı ətrafında dağıdıcı ruhlu açıqlamaları ilə yadda qalıb. O, Azadlıq radiosunun Ermənistan bürosuna verdiyi müsahibəsində rəsmi Bakı əleyhinə sərsəm fikirlər səsləndirdikdən sonra Ermənistan rəsmiləri ilə görüşlərində də anti-Azərbaycan ritorika nümayiş etdirir.

Azərbaycanla İran arasında münasibələr yenidən isnişdiyi indiki dönəmdə Sübhaninin təxribatçı açıqlamaları nədən qaynaqlanır və Azərbaycan-Ermənistan münasibətlərinə Tehranın kobud müdaxiləsi Pezeşkian dönəmində də davam edəcək?

İran-Azərbaycan münasibətlərinin bundan sonrakı vəziyyətini Poliqon-un əməkdaşı politoloq Oktay Qasımov ilə müzakirə edib.

Oktay Qasımov: “Bundan sonra da, Azərbaycan-Ermənistan münasibətlərinə Tehranın kobud müdaxiləsini istisna etmirəm”.

Hələlik İranla Azərbaycan münasibətlərinin tam şəkildə qaydaya düşmədiyinu vurğulayan politoloq Poliqon-a açıqlamasında iki ölkə arasında problemlərin sistematik olmasa da, müəyyən dövrdən bir olacağını qeyd edib:

İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin anti-Azərbaycan açıqlamaları ilk dəfə deyil. Bu şəxs vaxtıyla Bakıda işləyib və İrəvana səfir təyin olunandan sonra fəaliyyətə başladığı ilk dönəmdən bu günə qədər davamlı şəkildə Ermənistan-Azərbaycan, anti-Türkiyə mövqeyindən çıxış etməkdədir. Faktiki olaraq, Mehdi Sübhaninin fəaliyyəti İran-Azərbaycan münasibətlərinin korlanmasına yönəlib. Təbii ki, onun bu fəaliyyətinə İranın hakim dairələri tərəfindən qiymət verilməsini gözləyirik. Bu gözləmədə də haqlıyıq.

İranda yeni prezident seçiləndən sonra müəyyən ümidlər var ki, Azərbaycanla İran arasında münasibələr normallaşma istiqamətində inkişaf edəcək. Xüsusilə də, İranın yeni prezidentinin seçki kompaniyası zamanı verdiyi bəyanatlar, sonrakı dönəmdə müəyyən açıqlamaları, Azərbaycan prezidenti ilə telefon danışıqları bunu deməyə əsas verir.

Amma biz yeni prezidentin hakimiyyəti dönəmində Azərbaycanla İran münasibətlərinin inkişafı ilə bağlı test olaraq bir neçə məsələyə İran hakimiyyətinin mövqeyini görəcəyik. Əgər həmin məsələlər öz həllini tapacaqsa, onda rahat şəkildə söyləmək olar ki, Azərbaycanla İran arasında münasibələr bundan sonra daha da müsbət istiqamətdə davam edəcək.

Bunlar hansı məsələlərdir?

Birincisi, İranla Ermənistan arasında razılaşmaya görə Təbrizdə Ermənistanın konsulluğunun açılması məsələsidir. Bu məsələyə Azərbaycanda həssaslıqla yanaşılır.

Oktay Qasımov: “Azərbaycanla İran arasında münasibətlərin inkişaf etməsi, yüksək səviyyəyə qalxması üçün Tehranın siyasətində korrektələr olmalıdır”.

Əgər bu konsulluq açılacaqsa, bu o demək olacaq ki, İranın ənənəvi siyasətində hansısa dəyişiklik yoxdur. Ancaq bu məsələ hələlik saxlanılıb, həllini tapmayacaqsa, onda bunu müəyyən müsbət mesaj kimi dəyərləndirə bilərik.

İkincisi, İranın Mehdi Sübhani və digər bu tipli anti-Azərbaycan mövqeli şəxslərin fəaliyyətinə qiymət verilməsi ilə bağlı gözləntilərimiz var. Əgər doğrudan da, Mehdi Sübhani və digərləri bundan sonra anti-Azərbaycan mövqeyində təxribatçı çıxışlarını davam etdirəcəksə, bu zaman Azərbaycanla İran arasında münasibətlərin bəyan edildiyi kimi inkişafından danışmaq xeyli çətin olacaq.

Mən bundan sonra da, Azərbaycan-Ermənistan münasibətlərinə Tehranın kobud müdaxiləsini istisna etmirəm. Çünki bu məsələlər bir nəfərin, prezidentin hakimiyyətə gəlməsi ilə düzələn məsələlər deyil. Yəni Azərbaycanla İran arasında münasibətlərin inkişaf etməsi, yüksək səviyyəyə qalxması üçün İranın siyasətində korrektələr olmalıdır. Xüsusilə də, Azərbaycana münasibətlə bağlı İranın xarici siyasət doktrinasında yer alan müddəalar dəyişdirilməlidir.

Nəzərə almaq lazımdır ki, İranda prezident əsas şəxs sayılmır. Prezident icra edici qrumun başçısı sayılsa da, İranda xüsusilə xarici siyasəti Ali Dini Lider və onun komandası müəyyən edir. Bu baxımdan mən hələlik İranla Azərbaycan münasibətlərinin tam şəkildə qaydaya düşdüyünü və bundan sonra da İranın Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı kobud müdaxilələr etməyəcəyini düşünmürəm. Yəni iki ölkə arasında sistematik olmasa da, müəyyən dövrdən bir problemlərin olacağını düşünürəm”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

Putinin Bakıya prinsipial səfərindən nələr gözlənilir?

Qayınanasının fotosunu paylaşıb bunları yazdı

Prezident Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularını təltif edib - Siyahı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay