Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İş adamından baş prokurora müraciət - Məhkəmə qərarlarında qoyulmuş tələblər təmin edilmir

“Magna Trans” MMC-nin təsisçisi Ağasəf İsmayılov tərəfindən  Sabunçu rayon prokurorluğunun icraatında olan 210050957 saylı cinayət işinin istintaqı ilə bağlı hüquqlarının pozulması barədə

Sozcu.infonun redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Baş prokuror Kamran Əliyevə müraciət edən şikayətçinin məktubunu oxucularımıza təqdim edirik:

Hörmətli Baş prokuror,

2021-ci ilin mart ayından Sabunçu rayon prokurorluğunun icraatında olan 210050957 saylı cinayət işi, təsisçisi olduğum “Magna Trans” MMC-nin maddi-məsul şəxslərinin bir qrup şəxslərlə sövdələşərək, etibar edilmiş MMC-nin əmlakını sənədləri saxtalaşdırma yolu ilə mənimsəmələri barədə, mənim 30 yanvar 2021-ci il tarixdə DİN-ə etmiş olduğum şikayət ərizəmlə bağlı, əvvəlcə Bakı ŞBPİ-nin Təhqiqat Şöbəsində, sonradan isə Sabunçu RPİ-nin İŞ-də aparılmış araşdırmalar nəticəsində toplanmış materiallara əsasən, 04 noyabr 2021-ci il tarixdə Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə başlanmış, sonradan isə 179.3.2. maddəsinə tövsif edilmiş 210050957 saylı cinayət işi, 29 mart 2021-ci il tarixdə davam etdirilməsi üçün aidiyyəti üzrə Sabunçu rayon prokurorluğuna verilmişdir.

Qeyd edirəm ki, hələ polisdə araşdırılma dövründə, yəni 2021-ci ilin aprel-may aylarında “Magna Trans” MMC-nin direktoru Mirzahid Ağayev öz müavini Ramil Xəlilovla heç nədən çəkinmədən - yenidən sənədləri saxtalaşdırma yolu ilə MMC-nin istifadəsində olan 113, 208, 209, 213 saylı şəhərdaxili marşrutları da, Ramil Xəlilovun eyni zamandadirektor olduğu “Transcontrol” MMC-nin istifadəsinə ötürmüşlər.

Beləliklə “Magna Trans” MMC-nin 79 ədəd sərnişindaşıma avtobusları, 4 sayda şəhərdaxili marşrutları və MMC-nin fəaliyyətindən əldə edilmiş külli miqdar məbləğdə pul vəsaiti digər həmtəsisçilər - Bürhan Həmidovla Namiq Hacıyevin başçılıq etdikləri dəstə tərəfindən tamamilə talanıb mənimsənildikdən sonra, yəni 25 may 2021-ci il tarixdə (təhqiatda araşdırılma dövründə), 25 may 2021-ci il tarixdə direktor Mirzahid Ağayev və onun müavini olmaqla bərabər “Transcontrol” MMC-nin də direktoru olan Ramil Xəlilovun saxta məktubları əsasında BNA tərəfindən MMC-nin fəaliyyətinə xitam verilmişdir. “Transkontrol” MMC-nin təsisçisi Rövşən Həmidov “Magna Trans” MMC-nin iştirakçıları Bürhan Həmidovun doğma oğlu, Namiq Hacıyevin doğma bacısı oğludur.

Cinayət işi Sabunçu RPİ İstintaq şöbəsində istintaq edilərkən, müstəntiq Elməddin Köçəriyev istintaq hərəkətləri nəticəsində, müəyyən etmişdir ki, “Magna Trans” MMC-nin balansında olmuş 79 ədəd sərnişindaşıyan avtobuslarıdan:

- 21 ədədi sənədləri saxtalaşdırma yolu ilə satılıb,- 24 ədədi metollolom şəklində aşkar olunması barədə müstəntiq Elməddin Köçəriyev hal şahidlərinin və mütəxəssisin iştirakları ilə akt tərtib edib cinayət işinə əlavə etmişdir,

- 34 ədəd avtobusun nə özləri, nə sənədləri, nə dövlət nömrə nişanları istintaq tərəfindən indiyə kimi müəyyən edilmmişdir.

Elə bu səbəbə görə, 2021-ci ildən indiyə kimi digər faktlarla bərabər göstərdiyim 34 ədəd sərnişindaşıma avtobuslarının istintaqla müəyyən olunması barədə, çoxsaylı yazılı vəsatətlərlə cinayət işinin istintaqını aparan prokurorluğun müstəntiqlərinə, sonradan isə Sabunçu  rayon prokuroru İbrahim Lənbəranskiyə və aidiyyəti üzrə rəhbər prokurorlara ərizə və şikayətlərlə müraciətlər etmiş olsam da, heç bir tədbir müsbət nəticə əldə olunmadı..

34 ədəd avtobusun oğurlanması ilə bağlı, mən Bakı ŞBPİ-nə ərizə ilə müraciət etdim.

Bakı şəhər Baş Polis İdarəsinin Təhqiqat şöbəsindənünvanıma daxil olmuş 047-184401-3222 saylı, 01.12.2022-ci il tarixli məktubda göstərilmişdir ki, sitat: “...34 ədəd müxtəlif markalı sərnişin avtobuslarının digər həmtəsisçi Həmidov Bürhan Əhməd oğlu və digərləri tərəfindən qanunsuz olaraq ələ keçirilməsi ilə bağlı müraciətinizə baxılmışdır. ...göstərilənlərə əsasən,müraciətiniz qeyd olunanlara  əsasən, cinayət işinə əlavə edilib araşdırılması üçün Sbunçu rayon prokurorluğuna göndərilmişdir. Nəticəsi barədə prokurorluq orqanı tərəfindən sizə məlumat veriləcəkdir.”

Bu günə kimi, 34 ədəd “yoxa çıxmış” avtobuslara dair prokurorluğun istintaqında heç bir araşdırılma aparılmamışdır. 

Bundan başqa, “Magna Trans” MMC-nin direktoru Mirzahid Ağayevlə müavini  Ramil Xəlilovun MMC-nin balansımda olmuş, yəni onlara etibar edilmiş 21 ədəd avtobusu sənədləri saxtalaşdırma yolu ilə alqı-satqı edərək əldə edilmiş pul vəsaitini hesabatdan gizlədərək mənimsəmələrinə dair çoxsaylı vəsatətlərim də istintaq tərəfindən araşdırlmadan qalmaqdadır.

Bütün bunlardan belə nəticəyə gəlinir ki, ümumiyyətlə bu 55 ədəd avtobusa dair 210050957 saylı cinayət işində heç bir sənəd yoxdur. Ona görə ki, 2021-ci ildən ta indiyə kimi Sabunçu rayon prokurorluğunun müstəntiqləri Tural Mürsəlovla Fuad Babayev həmin cinayət işi üzrə:

- “zəruri istintaq hərəkətlərinin aparılması barədə”sübutlu və əsaslı vəsatətlərimin rədd edilməsi barədə əsassız və qanunsuz olaraq 8 qərar,

- “cinayət işi üzrə icraatın dayandırılması” barədə əsassız və qanunsuz 1 qərar,

- mənim “cinayət prosesində zərərçəkmiş şəxs qismində iştirakıma xitam verilməsi haqqında”  - əsassız və qanunsuz 4 qərar,

-“Magna Trans” MMC-nin direktor müavini Xəlilov Ramil Mətləb oğlu barəsində “Təqsirləndirilən şəxsin cinayət prossesində iştirakına xitam verilməsi haqqında” - əsassız və qanunsuz 3 qərar,

- “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” – əsassız və qanunsuz 2 qərar, həmçinin prokuror İbrahim Lənbəranski tərəfindən əsassız  bir apellyasiya protesti vermiş olsalar da, bir çox faktların, o cmlədən göstərdiyim 55ədəd avtobusun aqibəti barədə həmin sənədlərdə heç bir hüquqi qiymət verməmişlər.

Elə bu səbəbə də vermiş oluğum şikayətləri birinci və apellyasiya məhkəmələri əsaslı və qanuni hesab edərək müstəntiqlərin qərarlarının ləğv edilməsi və prokurorun apellyasiya protestinin təmin edilməməsi barədə ümumi 12 sayda məhkəmə qərarı vermişlər.

Sonuncu dəfə, Sabunçu rayon Məhkəməsinin 04.07.2024-cü il tarixli, 6(008)-62/2024 saylı qərarında göstərilmişdir ki, sitat:

“...Məhkəmə cinayət işinin materiallarını öyrənərkən istintaq orqanı tərəfindən aşağıdakı halların araşdırılmalı olduğu halda araşdırılmaması qənaətinə gəlmişdir:

- 21 ədəd avtobusların satışından əldə olunmuş vəsaitin hara xərclənməsi, nəyə görə müəssisənin bank hesabına köçürülməməsi
- 34 ədəd avtobusun oğurlanması faktı ilə bağlı Bakı şəhər Baş Polis İdarəsinin 29.03.2022-ci il tarixli məktubu ilə aidiyyəti üzrə Sabunçu rayon Prokurorluğuna göndərilsə də, həmin məlumatın yoxlanılması istiqamətində hər hansı addım atılmaması;

- Şahid qismində dindirilmiş Məmmədov Elman Nəriman oğlu 2011-ci ildən hər gün 7000-10000 manat aralığında, 2015-ci ildən ay ərzində 150 min manat civarında pulu qarajdan götürüb Həmidov Bürhan Əhməd oğluna aparıb təhvil verməsi ilə bağlı ifadə verməsinə baxmayaraq qeyd edilən şəxslər arasında üzləşdirmə istintaq hərəkəti aparılmamışdır.

- İş materiallarından görünür ki, məhz “Magna Trans’’ MMC və "Transkontrol" MMC-nin müraciətləri əsasında Bakı Nəqliyyat Agentliyinin sərəncamı ilə “Magna Trans” MMC-əayrılmış 113, 208, 209, 213 nömrəli marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti dayandırılaraq "Transkontrol" MMC-yə həvalə olunmuşdur. "Transkontrol" MMC-nin təsisçilərindən birinin Bürhan Həmidovun oğlu Rövşən Həmidov, digər təsisçisinin isə “Magna Trans’’ MMC-nin direktor müavini Ramil Xəlilovun olması nəzərə alınaraq qeyd edilən müəssisələrin belə bir müraciətlə çıxış etmələrinin zəruriliyi istintaq orqanı tərəfindən araşdırılmamışdır.

Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin6(008)-19/2024 saylı, 13.02.2024-cü il tarixli qərarında göstərilən digər xüsusatlarla bağlı əlavə araşdırma aparılmaması;

Göstərilən bu hallar müstəntiqin iş üzrə zəruri, tam, hərtərəfli və obyektiv araşdırma aparmadan cinayət işi üzrə icraata xitam verilməsinə dəlalət edən hallardır.

... ...müstəntiqi Fuad Babayev tərəfindən qəbul edilmiş “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 31 may 2024-cü il tarixli qərar qanunsuz və əsassız olduğu üçün ləğv edilsin.

İsmayılov Ağasəf İslam oğlunun şikayətində göstərdiyi və hazırkı qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən xüsusatlarla bağlı əlavə araşdırma aparılsın.”

Hörmətli Baş prokuror,

Əmlakımın talanıb mənimsənilməsi barədə istintaq edilən 210050957 saylı cinayət işinin istintaqı ilə bağlı,2021-ci ildən indiyə kimi Sabunçu rayon prokurorluğunun müstəntiqləri tərəfindən verilmiş qərarların ləğv edilməsi barədə 12 sayda birinci və apellyasiya məhkəmələrinin qərarları hazırda da icra edilmədən qalmaqdadır.

Göstərdiklərimi nəzərə alaraq, məhkəmə qərarlarında göstərilən istintaq hərəkətlərinin, o cümlədən indiyə kimi aqibəti bilinməyən 34 ədəd və sənədləri saxtalaşdırma yolu ilə satılıb dəyərləri mənimsənilmiş 21 ədəd “Magna Trans” MMC-nin avtobuslarına dair məhkəmə qərarlarında qoyulmuş tələblərin təmin edilməsini Sizdən xahiş edirəm.

Hörmətlə,

Ağasəf İsmayılov

210050957 saylı cinayət işi üzrə zərərçəkmiş şəxs                          

Poliqon.info

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

Fransalı ekstremalın sehrli xalça kostyumunda uçuşu gündəm oldu - Video

ABŞ və Böyük Britaniya Yəmənə zərbələr endirib

Səttar Möhbalıyev istefa verir - AHİK-in yeni sədri kim olacaq?

Ərdoğan nazir və deputatlarla basketbol oynadı - Foto

Politoloq: Kamala Harris Bayden qədər asan rəqib deyil...

YAP-ın deputatlığa namizədlər siyahısında dəyişiklik edilib

II Şuşa Qlobal Media Forumunun iştirakçıları "ASAN” Xidmət və "DOST" mərkəzlərində olublar - Foto    

Prezident İlham Əliyev Milli Mətbuat Günü münasibətilə paylaşım edib

Naftalanda bir qrup şəxs sərxoş vəziyyətdə ictimai qaydanı pozub

Ən çox oxunanalar