Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransa və ABŞ hərbçiləri Cənubi Qafqazda hərbi əməliyyatlarda iştirak edirlər?

Fransa və ABŞ hərbçilərinin nəzarəti altında ermənilər iyulun 21-də Kəlbəcər istiqamətində Azərbaycan mövqelərini ölümcül fransız silahı ilə atəşə tutublar...

Hərbi-ekspert: “Son təxribatlarda ABŞ və Fransanın verdiyi silahlardan istifadə olunması tamamilə gözləniləndir”.

“Əgər zərurət yaranarsa, bu mövqelər bizim üçün hansısa əhəmiyyət kəsb edərsə, o mövqelərdə mütləq Azərbaycan əsgəri və Azərbaycan bayrağı yerləşdirilməlidir”.

Bu sözləri hərbi-ekspert Ədalət Verdiyev Fransa və ABŞ hərbçilərinin nəzarəti altında ermənilərin mövqelərimizi atəşə tutmasını Poliqon-a şərh edərkən qeyd edib ki.

Yayılan məlumatlara görə, Fransa və ABŞ hərbçilərinin nəzarəti altında ermənilər iyulun 21-də Kəlbəcər istiqamətində Azərbaycan mövqelərini ölümcül fransız silahları ilə atəşə tutublar. Məlumata görə bunun üçün Fransa və ABŞ hərbçiləri öz ölkələrinin rəhbərliyi səviyyəsində razılıq alıblar.

Fransa və ABŞ hərbçilərinin artıq Cənubi Qafqazda hərbi əməliyyatlarda iştirakını necə dəyərləndirmək olar və bu açıq təcavüzkar addıma Azərbaycan necə cavab verməlidir?

Mövzunu Poliqon-un əməkdaşı hərbi-ekspert Ədalət Verdiyev ilə müzakirə edib.

Ədalət Verdiyev: “Azərbaycan bu təxribatların qarşısını kifayət qədər sərt bir şəkildə almalıdır”.

Azərbaycana qarşı atəş açan düşmən mövqelərinin darmadağın edilməli olduğunu qeyd edən ekspert Poliqon-a açıqlamasında qeyd edib ki, terrorçular məhv edilməlidir:

“Real şəraitdə Azərbaycan ordusuna qarşı atəşkəsin pozulması Ermənistanın dövlət və milli maraqlarına ziddir. Lakin bu təxribatların törədilməsində maraqlı olan qüvvələr var. Bu qüvvələrin də rəhbəri əsasən ABŞ və Fransadır. Prosesləri də ABŞ və Fransa hərbiçiləri həyata keçirir.

Son təxribatlarda ABŞ və Fransanın verdiyi silahlardan istifadə olunması tamamilə gözləniləndir. Belə silahlardan istifadə növbəti bir münaqişə ocağı yaratmaq, mövcud olan kövrək sülh prosesinə ziyan vurmaq və məhz bu proseslər fonunda Ermənistan ərazisində kənar qüvvələrin hərbi kontingentinin daha geniş miqyasda yerləşdirilməsinə nail olmaq məqsədi kənardan aşkar şəkildə görünür.

Azərbaycan bu təxribatların qarşısını kifayət qədər sərt bir şəkildə almalıdır. Azərbaycana qarşı atəş açan düşmən mövqeləri darmadağın edilməlidir, oradakı terrorçular tamamilə məhv edilməlidir. Əgər zərurət yaranarsa, bu mövqelər bizim üçün hansısa əhəmiyyət kəsb edərsə, o mövqelərdə mütləq Azərbaycan əsgəri və Azərbaycan bayrağı yerləşdirilməlidir”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

Səttar Möhbalıyev istefa verir - AHİK-in yeni sədri kim olacaq?

Mikayıl Mirzənin oğlu: "Atam sağ olsaydı, mən səfir idim..."

Bakıda azyaşlı övladını girov götürən və zərərsizləşdirilən şəxs "Beton Xosrov" ləqəbli tanınmış idmançı olub - Təfərrüat

Politoloq: Kamala Harris Bayden qədər asan rəqib deyil...

YAP-ın deputatlığa namizədlər siyahısında dəyişiklik edilib

Şəmkirdə kişi arvadını bıçaqlayıb - Yenilənib

"Elman Rüstəmov “Premium Bank” vasitəsilə Mərkəzi Bankdan 2,5 milyon manat məbləğində qanunsuz kredit götürüb"

Ən çox oxunanalar