Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müdafiə naziri: Böyük Britaniya silahlı qüvvələri çox ciddi problemlərlə üz-üzədir

Böyük Britaniyanın müdafiə naziri Con Hili bildirib ki, Krallığın Silahlı Qüvvələri bir sıra çox ciddi problemlərlə üzləşib...

Poliqon xəbər verir ki, bu barədə Sky News məlumat yayıb.

Con Hili bu barədə Britaniyanın Kral Birləşmiş Xidmətlər İnstitutunun (RUSI) konfransında danışıb: "Biz döyüşməyə hazır olmalıyıq, amma öz aramızda yox... Mən həqiqətən köhnə bölgüləri arxada qoymaq istəyirəm".

Onun sözlərinə görə, silahlı qüvvələrin hər üç komponenti (quru, donanma, hərbi hava qüvvələri-red.) qüvvələrin tükənməsi, satınalmalarda qanunsuzluq, mənəvi-psixoloji durumun aşağı olması, işçilərin qəbulu və saxlanılmasında böhran kimi problemlərlə üzləşib.

Bundan əlavə, veteranlar layiq olduqları xidmətlərdən istifadə edə bilmirlər.

Nazir əlavə edib ki, Britaniyada yeni Leyboristlər hökuməti hakimiyyətə gəldikdən iki həftə sonra bu problemlərin partiyanın əvvəllər düşündüyündən qat-qat ciddi olduğu nəzərə çarpıb.

Bundan əvvəl Britaniya Müdafiə Nazirliyinin departamentlərindən birinin keçmiş rəhbəri Rob Conson demişdi ki, Silahlı Qüvvələr ölkə ərazisini lazımi səviyyədə qoruya bilmir və hər hansı miqyasda münaqişəyə hazır deyil. Consonun sözlərinə görə, Britaniya Silahlı Qüvvələri mütləq minimum əsasında fəaliyyət göstərir ki, bu da onlara yalnız sülhməramlı və humanitar əməliyyatlar, habelə mülki şəxslərin döyüş bölgələrindən təxliyəsi və bəzi təxribat əleyhinə tədbirlər həyata keçirməyə imkan verir.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

Mikayıl Mirzənin oğlu: "Atam sağ olsaydı, mən səfir idim..."

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

Bakıda azyaşlı övladını girov götürən və zərərsizləşdirilən şəxs "Beton Xosrov" ləqəbli tanınmış idmançı olub - Təfərrüat

"Elman Rüstəmov “Premium Bank” vasitəsilə Mərkəzi Bankdan 2,5 milyon manat məbləğində qanunsuz kredit götürüb"

Ağadadaş Ağayevin atdığı balta qadını yaraladı - Təfərrüat

Şəmkirdə kişi arvadını bıçaqlayıb - Yenilənib

Ədalət Şükürov bağını nümayiş etdirdi - Video

Bakıda arıçılıq məhsullarının növbəti Sərgi-Satış Yarmarkası keçiriləcək

Ən çox oxunanalar