Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Podolyak: Ukraynanın Moskvadakı terror aktı ilə əlaqəsi yoxdur    

Ukrayna “Crocus City Hall”da baş vermiş hadisəni terror aktı kimi qiymətləndirib...

“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak “X”də yazıb.

O, həmçinin bildirib ki, bu məsələdə Rusiyanın Ukraynanı ittiham etməsi tamamilə əsassızdır: “Biz Rusiya rəsmilərinin “Ukrayna izi” versiyasını gözləyirdik. Bu, Rusiya təhlükəsizlik xidmətlərinin primitiv və proqnozlaşdırıla bilən xüsusiyyətidir”.

M.Podolyak qeyd edib ki, bəzi məqamlar qaranlıq olaraq qalır: “Məsələn, bir qrup silahlı insan heç bir yoxlama olmadan insanların çox olduğu yerə gedir. Saat yarımdan çox müddət ərzində insanları atəşə tutur. Hüquq-mühafizə orqanlarının heç bir müdaxiləsi olmur. Sonra onlar sakitcə binanı tərk edir və avtomobillərlə Ukrayna sərhədinə doğru gedirlər. Axtarışda olan şəxslər açıq-aşkar, nümayişkaranə şəkildə üçün aktiv döyüşlərin getdiyi və hər metrin Rusiya təhlükəsizlik qüvvələri ilə dolu olduğu sərhəd keçidlərinə doğru istiqamət götürürlər. Üstəlik, ilkin məlumatlar və şahid ifadələrində radikal islamçılar günahlandırılır”.

O yazıb ki, Ukraynanı bu terror aktı ilə əlaqələndirmək tamamilə qəbuledilməzdir: “Ukraynanın bu hadisə ilə zərrə qədər də əlaqəsi yoxdur. Ukrayna Rusiya ilə tammiqyaslı müharibə aparır. Biz məsələni döyüş meydanında həll edəcəyik. Rusiya xüsusi xidmət orqanlarının Ukrayna ilə bağlı versiyaları tamamilə əsassız və absurddur”.

Xatırladaq ki, ötən axşam "Crocus City Hall" mərkəzində terror aktı baş verib. Hadisə nəticəsində 115 çox adam ölüb. Hadisə ilə bağlı 11 nəfər saxlanılıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu məmurlar parlament seçkilərindən sonra istefa verəcək - Siyahı

Yardımlıdan daha bir nəfər deputatlığa namizəd oldu - Foto

Adı kazinoda külli miqdarda pul uduzmaqda hallanan prorektor deputatlığa hazırlaşır? – İddia

Azərbaycanda dəhşətli xəstəlik can aldı: "Yoluxanların sağalması mümkün deyil"

Seçicilərdən Kamaləddin Qafarova qarşı üsyan: namizəd ərazidən qovula bilər    

Dolları olanlar mütləq bu xəbəri oxusun - Vacib açıqlama

Pezeşkiana qarşı müqavimət... - Prezident vədlərini yerinə yetirə biləcək?

Əvvəl dalaşdılar, sonra barışdılar – Görün, nə qazandılar…    

Pezeşkiandan inqilabi ilk: Azərbaycan dili ilə bağlı...

Ermənistan dayanmadan silahlanır... - Bu sülh prosesini durdura bilər?

Ən çox oxunanalar