Cümə, 19 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: ABŞ tarixi dəyişikliklər astanasındadır...

Artıq bir çox ölkələr Trampın prezidentliyinə hazırlaşır...

Azər Qasımov: “Trampın hakimiyyətə gəlməsinə şanslar böyük olsa da, hələlik seçkinin nəticələrini gözləmək daha doğru olar”.

ABŞ hegemon güc olmaq şanslarını saxlamaq üçün Trampın hakimiyyətə gəlməsinin qarşısını almalıdır. Yoxsa dünya çox qütblü dövrə qədəm qoyacaq”.

Bu sözləri politoloq Azər Qasımov ABŞ-da keçiriləcək prezident seçkisini Poliqon-a şərh edərkən qeyd edib.

Artıq bir çox ölkələr Trampın prezidentliyinə hazırlaşır və buna uyğun siyasi kurs izləməyə başlayıblar. Bu ölkələr arasında ABŞ-ın müttəfiqləri və düşmənləri də var.

Trampın seçiləcəyi halda beynəlxalq siyasətdə hansı dəyişikliklər ola bilər və Tramp dönəmindəki geosiyasi mübarizə səngiyə, yoxsa daha da şiddətlənə bilər?

Trampın prezident seçiləcəyi təqdirdə olacaq hadisələri Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Trampın hakimiyyətə gəlməsi durumunda geosiyasi mübarizə şiddətlənə bilər. Çünki Tramp Amerikanın öz daxilinə çəkilməsinin tərəfdarıdır”.

Tramp dövründə Rusiyanın əl-qolunun açıla bilərcəyini düşünən politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, bu isə heç də yaxşı heç nə vəd etmir:

“Trampın hakimiyyətə gəlməsinə şanslar böyük olsa da, hələlik seçkinin nəticələrini gözləmək daha doğru olar. Trampın keçən hakimiyyəti dövründə ikinci dəfə yenidən seçilməsinin qarşısını alan güclər yenə də hansısa addımlar ata bilərlər ki, buna mane olsunlar. Ona qarşı sui-qəsd buna misaldır ki, hal-hazırda pərdə arxasında ciddi mübarizə gedir.

ABŞ tarixi dəyişikliklər astanasındadır. ABŞ hegemon güc olmaq şanslarını saxlamaq üçün Trampın hakimiyyətə gəlməsinin qarşısını almalıdır. Yoxsa dünya çox qütblü dövrə qədəm qoyacaq. Trampın hakimiyyətə gəlməsi durumunda geosiyasi mübarizə şiddətlənə bilər. Çünki Tramp Amerikanın öz daxilinə çəkilməsinin tərəfdarıdır.

Azər Qasımov: “Yaxın Şərq Tramp dövründə ciddi qarşıdurmalara səhnə olacaq”.

Bu isə dünya geosiyasitində boşluq deməkdir. Boşluqları doldurmaq üçün isə həmişə mübarizə aparırlar.

Tramp dövründə Rusiyanın əl-qolu açıla bilər. Bu isə heç də yaxşı heç nə vəd etmir. Avropa ilə Rusiya arasında ciddi qarşıdurma yarana bilər. Amma böyük ehtimalla Tramp Putin qarşısında şərt qoyacaq ki, Ukraynada əldə etdikləri ilə kifayətlənsin. Əks halda
Rusiyanın aqibəti yaxşı olmayacaq.
Rusiyanın bu mesajları nə qədər ciddiyə alacağı əsas rol oynayacaq.

Amma Yaxın Şərq Tramp dövründə ciddi qarşıdurmalara səhnə olacaq. İsrail İranla və onun proksi qrupları ilə məsələsini bitirməlidir”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qorxmaz Hüseynovun icra başçısı olan qudası vəzifəsindən azad edilir

İlham Əliyev Oksfordda Almaniya kansleri ilə görüşüb - Yenilənib

Maştağada Birinci Qarabağ müharibəsinin şəhidi Aydın Qurbanov dəfn edilib

Kür çayında meyiti tapılan şəxs itkin olaraq axtarışda olub - Yenilənib

Çempionlar Liqası: "Qarabağ" - "Linkoln" matçının biletləri sabahdan satışa çıxarılacaq

Ramin Əhmədov da seçkiyə qatılır - İş adamı Nizami rayonundan namizədliyini irəli sürəcək

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edib - Yenilənib

Türkiyə Futbol Federasiyasının prezidenti dəyişib

Azərbaycanda gələn aydan internet tarifləri dəyişdiriləcək

Ən çox oxunanalar