Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NYT: Gerasimov öz yanlış taktikasını yenidən tətbiq edir…

Rusiya ordusunu yenidən formalaşdırmaq üçün General Gerasimov ABŞ-ın üstün olduğu sahələrə diqqət yetirmək əvəzinə səhvən amerikalıların istifadə etdiyinə inandığı qeyri-ənənəvi müharibə taktikasının tətbiqini yenidən bətpa edir…

PİA.az xəbər verir ki, bu barədə The New York Times qəzetinin hazırladığı məqalədə bildirilir.

Qəzet yazır ki, Gerasimov rus ordusunun Krımın “yaşıl adamlar” tərəfindən işğal olunması kimi “proxy əməliyyat”dan o qədər qürrələnib ki. Artıq bu əməliyyatın təsirindən kənara çıxa bilmir.

Lakin Ukraynadakı müharibə tamamilə fərqli manevr tələb edirdi. Hər şeydən əvvəl böyük əraziləri ələ keçirmək üçün müxtəlif istiqamətlərdə fəaliyyət göstərən çoxlu sayda quru qoşunlarının hücum kampaniyalarını kordinasiya etmək və yönləndirmək lazım idi. Müharibə başladıqdan bir qədər sonar isə məlum oldu ki, general Gerasimov bu məsələdə təsirsizdir. Onun bütün planı bir həftə ərzində bütün Ukraynanı işğal etmək idi və bu olmadıqda Baş Qərargahın bütün əməliyyat planı lazımsız kağız parçasına çevrildi.

The New York Times qəzeti qeyd edib ki, general Gerasimov aprelin sonlarında Ukraynada qoşunlara baş çəkərkən az qala özünün səriştəsiz müharibə planının qurbanı olacaqdı. Həmin vaxt Rusiyanın Baş Qərargah rəisi ölümdən “qıl payı” qurtulmuşdu.

İstefada olan general-leytenant və ABŞ ordusunun Avropadakı keçmiş komandanı Frederik Hoces bildirib ki, bu Rusiya komandanlığında operativ təcrübənin olmamasının göstəricisidir. “Ukraynadakı kimi əsl müharibəyə girəndə bütün çatışmazlıqlar dərhal üzə çıxır”, deyə amerikalı general bildirib.

ABŞ və müttəfiqləri hesab edir ki, general Gerasimov və Rusiyanın müdafiə naziri Sergey Şoyqu Putinin general Surovikinə qarşı müdafiə taktikası ilə bağlı skeptik inamsızlığından istifadə ediblər.

ABŞ rəsmiləri dekabrda proqnozlaşdırmışdılar ki, general Gerasimov və Şoyqunun Putinlə nüfuz uğrunda gərgin mübarizəsi fonunda orduya nəzarəti bərpa etməyə çalışacaqlar. Yanvarda onlar general Surovikinin səlahiyələrinin aşağı salınmasını təşkil etməklə buna nail oldular.

Rəsmilərin dediyinə görə, general Gerasimov və Şoyqu general Surovikinin müdafiə taktikasına qarşı çıxıb və potensial ilkin məqsədə, “hiper-hücum”a qayıtmağı təklif ediblər.

ABŞ və digər Qərb hərbi rəsmilərinin fikrincə, Ukraynadakı hərbi əməliyyatlara komandanlıqda general Gerasimovun irəli çəkilməsi həm hərbi jurnalistlərin əməliyyatlarla bağlı tənqidindən yayınmaq, həm də general Surovikinin qatı tərəfdarı olan Yevgeni Priqojinin artan gücünü cilovlamaq məqsədi daşıyırıb. Hərbi rəsmilər və analitiklərin fikrincə, general Gerasimov bu yaz uğurlu hücuma başlamaq üçün böyük təzyiq altında olacaq.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

Mikayıl Mirzənin oğlu: "Atam sağ olsaydı, mən səfir idim..."

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

Bakıda azyaşlı övladını girov götürən və zərərsizləşdirilən şəxs "Beton Xosrov" ləqəbli tanınmış idmançı olub - Təfərrüat

"Elman Rüstəmov “Premium Bank” vasitəsilə Mərkəzi Bankdan 2,5 milyon manat məbləğində qanunsuz kredit götürüb"

Politoloq: Kamala Harris Bayden qədər asan rəqib deyil...

Şəmkirdə kişi arvadını bıçaqlayıb - Yenilənib

Ədalət Şükürov bağını nümayiş etdirdi - Video

Bakıda arıçılıq məhsullarının növbəti Sərgi-Satış Yarmarkası keçiriləcək

Ən çox oxunanalar