Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: Kamala Harris Bayden qədər asan rəqib deyil...

Co Bayden ABŞ prezidentliyi uğrunda yarışdan geri çəkildi...

Samir Hümbətov: “ABŞ-da prezident seçkisi kifayət qədər çətin keçəcək. Kamala Harrisin özü kifayət qədər ciddi rəqib sayılır”.

“Düşünürəm ki, Kamala Harrisin də, Trampın da qalib gəlmək şansları var”.

Bu sözləri politoloq Samir Hümbətov ABŞ prezidentliyi uğrunda gedən mübarizəni Poliqon-a şərh edərkən qeyd edib.

Co Baydenin ABŞ prezidentliyi uğrunda yarışdan geri çəkilməsi qərarı Ağ Evə geri qayıtmağa hazırlaşan Donald Trampın işinə necə təsir edəcək? Trampın xəstə Bayden üzərində rahatlıqla qələbə qazanacağı gözlənilirdi. İndi Tramp yarışa qatılan Kamala Harrisinlə daha ciddi mübarizəyə hazırlaşmalı olmayacaqmı?

ABŞ-da keçiriləcək prezident seçkilərini Poliqon-un əməkdaşı “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin rəhbəri, politoloq Samir Hümbətov ilə müzakirə edib.

Samir Hümbətov: “Tramp qalib gəlmək üçün seçki kompaniyasını qat-qat çoxaltmalıdır və seçkini axıra kimi aparmağı bacarmalıdır”.

Kamala Harrisin kifayət qədər cavan və perspektivli olduğuna vurğulayan politoloq əlavə edib ki, ABŞ da dərin dövlət olduğuna görə Harrisə dəstək verəcək:

Prezidentlikdən namizədliyini götürən Baydeni vitse-prezident Kamala Harrisin əvəz edəcək. ABŞ-da prezident seçkisi kifayət qədər çətin keçəcək. Kamala Harrisin özü kifayət qədər ciddi rəqib sayılır. Bəlkə də, Tramp qalib gələ bilər. Amma bu qalibiyyət ona çox çətinliklə başa gələcək.

Kamala Harris Bayden qədər asan rəqib deyil. Baydenin səhəti ona seçkilərdə iştirak etməyə imkan vermirdi. Kamala Harris kifayət qədər cavandır və perspektivlidir. ABŞ da dərin dövlət olduğuna görə Harrisə dəstək verəcək. Eyni zamanda, qlobalistlərin də Harrisə dəstəyi olacaq. Düşünürəm ki, Kamala Harrisin də, Trampın da qalib gəlmək şansları var.

Tramp qalib gəlmək üçün seçki kompaniyasını qat-qat çoxaltmalıdır və seçkini axıra kimi aparmağı bacarmalıdır. Əks təqdirdə, Trampın qalib gəlmək şansı azdır. Çünki Tramp az boşluq yaratsa, Kamala Harris bundan istifadə edəcək.

Bildiyimiz kimi, Kamala Harris Bayden administrasiyasının boz kardinalı hesab olunur”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Sumqayıtda 40 yaşlı kişini ürəyindən bıçaqladılar

İsrail döyüş təyyarələri Livanı vurub, həlak olanlar var

Sabahdan Bakıda suyun verilməsi əvvəlki rejimdə təmin ediləcək

Ağ Ev Ukrayna üçün yeni yardım paketini açıqlayıb

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb

“Raykomdan deyirdilər ki, Qazax tərəfə getməyin, ermənilər əli silahlı yolda hazır durublar” - Qərbi Azərbaycan Xronikası

Ən çox oxunanalar