Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya ofşorlarda 80 milyard dollarlıq “kölgə ehtiyat” toplayıb

Rusiya xaricə əmtəə ixracından əldə etdiyi 227 milyard dollarlıq gəlirin üçdə birini ofşorlarda saxlayıb...

Poliqon.info xəbər verir ki, bu barədə Bloomberg Economics-in məlumatında bildirilir. Agentlik hesab edir ki, bu aktivlər Rusiyaya qarşı daha sərt sanksiyalar olacağı təqdirdə Qərb ölkələri üçün yeni hədəfə çevrilə bilər.

Bloomberg hesablamalarına görə, 2022-ci il üçün Rusiyanın ixracat gəlirlərinin təxminən 80 milyard dolları xaricdə nağd pul, daşınmaz əmlak və ya şirkətlərə investisiya şəklində saxlanılır. Agentlik Mərkəzi Bankın məlumatlarına istinad edərək, onları neft tankerlərinin alınması, xarici banklarda hesabların açılması və turizm məlumatlarının xərcləri üçün nəzərdə tutulub.

Bloomberg bu vəsaitləri “kölgə ehtiyatları” adlandırır ki, bu da təxminən ötən ilin ixrac və idxalı arasındakı fərqə uyğundur. Rusiya hər il beynəlxalq aktivlərdə ÜDM-in təqribən 5% ekvivalentini toplayıb ki, bu da 2009-2013-cü illərdə neftin yüksək qiyməti dövrü üçün orta göstəriciyə yaxındır.

Avropanın Rusiyanın enerji sektoruna qarşı sanksiyaları gecikdirməsi səbəbindən Kreml tarixdə ən böyük cari hesab profisiti ilə üzləşib”, deyə Britaniyanın Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun iqtisadçısı Mariya Şagina Bloomberg-ə deyib. “Bu faktiki olaraq 2022-ci ilin martında mərkəzi bank aktivlərinin dondurulmasının təsirlərini ləğv edir”, deyə iqtisadçı əlavə edib.

Bloomberg yazır ki, xaricdə yığılan istənilən gəlir, xüsusən də vəsaitlər Kreml tərəfindən idarə olunarsa, Rusiyanın düşmənləri üçün hədəf ola bilər. Lakin pulun əslində hara getdiyi və ona kimin nəzarət etdiyi məlum deyil.

“Beynəlxalq aktivlərin yığılması planlaşdırılmış deyil, məcburi şəkildə həyata keçirilib. Sanksiyalar idxalı azaldıb, əmtəə qiymətləri isə ixracı artırıb”, deyə iqtisadçı Aleksandr İsakov bildirib. O, əlavə edib ki, Rusiya hökuməti korporasiyaları xarici aktivləri artırmağa təşviq etməyib, əksinə idxal qaydalarını yüngülləşdirib.

İqtisadçı Sergey Quriyev İSƏ hesab edir ki, Rusiyanın gizli ehtiyatlarının toplanması tam şəkildə mümkündür. “Əsas məsələ bu ehtiyatların 2023-cü ildə büdcə kəsirinin maliyyələşdirilməsinə nə dərəcədə kifayət edəcəyidir”, deyə o, qeyd edib.

Agentliyin hesablamalarına görə, 2022-ci ildə Rusiyanın neft, neft məhsulları və qaz ixracı pul ifadəsində 383,7 milyard dollara çatıb və bu, ən azı 1995-ci ildən bəri rekord hədd olub. 2022-ci ildə rekord karbohidrogen satışı büdcə gəlirlərini artırıb, lakin ötən ilin sonunda büdcədə kəsir yaranıb. Bu il isə ixrac gəlirlərinin azalması ehtimalı var.

Tərcümə Poliqon-a aiddir

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

Mikayıl Mirzənin oğlu: "Atam sağ olsaydı, mən səfir idim..."

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

Bakıda azyaşlı övladını girov götürən və zərərsizləşdirilən şəxs "Beton Xosrov" ləqəbli tanınmış idmançı olub - Təfərrüat

"Elman Rüstəmov “Premium Bank” vasitəsilə Mərkəzi Bankdan 2,5 milyon manat məbləğində qanunsuz kredit götürüb"

Ağadadaş Ağayevin atdığı balta qadını yaraladı - Təfərrüat

Şəmkirdə kişi arvadını bıçaqlayıb - Yenilənib

Ədalət Şükürov bağını nümayiş etdirdi - Video

Bakıda arıçılıq məhsullarının növbəti Sərgi-Satış Yarmarkası keçiriləcək

Ən çox oxunanalar