Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropanın prioritetlərini dəyişən müharibə - Təhlil

Bu münaqişədən daha nələr gözləmək olar?..

Rusiyanın Ukraynaya qarşı müharibəsi artıq yeddinci aya daxil olub. Hələlik tərəflərdən heç biri qəti qələbəyə, yaxud məğlubiyyətə yaxın görünmür.

Bəs gələn aylarda bu münaqişədən nə gözləmək olar?

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Proqnoz və ehtimallar budur ki, növbəti altı ayda da müharibə zəif şəkildə davam edəcək və hər iki tərəf hərbi və iqtisadi itkilər verəcək. İstisna deyil ki, kompromis tapmaqla bağlı söhbətlər daha ucadan eşidiləcək. Son 6  ay ərzində rus qoşunları Ukraynanın şərqində geniş ərazilərə nəzarəti ələ keçirə bilib. Lakin Rusiya Kiyevin ətrafında müharibənin ilk günlərində qazandığı torpaqların böyük bir qismindən və şimaldakı digər Ukrayna bölgələrindən  çıxarılıb. Ən əsası, bu müharibə tək bölgə deyil, dünya düzənini dəyişib.

İkinci Dünya Müharibəsindən sonra Avropada ən böyük təhlükəsizlik böhranı olan bu müharibə “qoca qitə”nin qalan hissəsinə də təsir edib. Müharibənin ölkələrə görə fəsadlarına nəzər salaq. Məsələn, müharibə Avstriyanın onilliklər boyu neytrallığa olan inamını şübhə altına alıb və ölkədə bu mövzuda ictimai müzakirələrə səbəb olub. Ölkə NATO üzvü deyil, amma Finlandiya və İsveç kimi bu variantı nəzərdən keçirməyə başlayıb.

Digər bir Avropa ölkəsi Belçika Ukrayna müharibəsinin enerji probleminə səbəb ola biləcəyindən ehtiyat edərək nüvə stansiyalarının bağlanmasını təxirə salıb. Qazın qiymətinin qalxması və Rusiyanın Avropaya tədarükünü kəsmək riski bu sahədə siyasət dəyişikliyinə səbəb olub.

Ukraynadakı müharibə kommunist dövründə keçmiş sovet müttəfiqləri olan Moskva ilə Sofiya arasında münasibətlərin sürətlə pisləşməsinə səbəb olub.

Çexiyaya 413 mindən çox qaçqın gəlib və qeydiyyata alınıb. Polşa da qaçqın miqrasiyasında ön sıralarda idi. Ölkədə aparılan sorğular göstərib ki, polyakların 90 faizi ukraynalı qaçqınların qəbulunu dəstəkləyib və bunda iki qonşu slavyan dövlətinin dil və mədəni yaxınlığı mühüm rol oynayıb. Bununla belə, müharibə Polşanın regional mövqeyini və əhəmiyyətini də artırıb. Polşa kimi Rumıniya da ukraynalı qaçqınlara yardım əlini uzadıb. Ümumilikdə iki milyondan çox ukraynalı Rumıniyaya keçib.

Ukrayna ilə həmsərhəd olan Slovakiya Rusiyanın fevralın sonundakı işğalından sonra Kiyevin əsas dəstəkçisi olub. Artıq Ukraynaya hava hücumundan müdafiə sistemi bağışlayan ölkədə döyüş təyyarələri parkının Kiyevə satılıb-satılmaması ilə bağlı qızğın müzakirələr gedir.

İspaniya NATO-nun Rusiyanı çəkindirmək ümidi ilə Şərqi Avropaya döyüş təyyarələri və gəmilər göndərməsinə səs verib. Amma münaqişə başlayandan ölkə daxilində bu məsələdə mövcud olan fikir ayrılıqları hələ də  aradan qaldırılmayıb.

NATO-nun qurucu üzvlərindən biri olan Danimarka uzun müddətdir ki, Aİ-nin müdafiə siyasətində yer almırdı. Bununla belə, iyun ayında danimarkalıların 66,9 faizi Danimarkanın siyasətini Brüssellə uyğunlaşdırmasını dəstəkləyib. Enerji xərclərinin artması nəticəsində 23,2 faizlə Avropada ən yüksək inflyasiyanı yaşayan Estoniya qitədə Ukraynaya dəstək verən lider ölkələrdən biri olub. Tallin Ukraynaya 250 milyon avro hərbi yardım da göndərib ki, bu da ölkənin illik müdafiə büdcəsinin üçdə birini təşkil edir. Əvvəllər Sovet İttifaqının tərkibində olan Estoniya əhalisinin 4 faizini təşkil edən 50 min ukraynalı qaçqını qəbul edib, Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə çağırıb və bu yaxınlarda rusların ölkəyə girişini qadağan edib. Tallin Rusiya qazının idxalını məhdudlaşdırmağı öhdəsinə götürüb və bunun əvəzini çıxmaq üçün Paldiskidə üzən LNG terminalının tikintisinə başlanılıb.

Fransa qaz təchizatında Rusiyadan daha az asılı olsa da, yaranan enerji çatışmazlığı bu ölkəyə təsir edir. Fransızlar 2020-ci ildə qaz tələbatlarının cəmi 17 faizini Rusiyanın hesabına əldə ediblər. Lakin neft və elektrik enerjisi də daxil olmaqla artan enerji xərcləri iyulda Fransada da inflyasiyanın 6,1 faizə yüksəlməsinə səbəb olub. Sadə vətəndaşlara kömək məqsədilə “yanacaq sərfiyyatının azaldılması” kimi müxtəlif tədbirlər həyata keçirilib. Bu yardımlar dekabr ayına qədər davam edəcək.

Avropa İttifaqının heç bir böyük ölkəsi Almaniya qədər Rusiya enerjisindən asılı deyil. Odur ki, “Gazprom”un yaxın aylarda qaz təchizatını məhdudlaşdırması ehtimalı ölkədə ciddi narahatlıq yaradır. İsti dalğanın ortasında almanlar bu qış mümkün enerji böhranına hazırlaşmaq üçün elektrik qızdırıcıları alıblar. Hökumət qışa qədər qaz anbarlarını doldurmaq üçün dövlət sektorunda enerji qənaətini tapşırsa da, artıq artırılmış qaz tarifinə əlavə olaraq hər kilovatsaat üçün 2,4 sent qaz vergisi əlavə edib. Cəmiyyətin bu artımları ciddi etiraz etmədən qəbul edəcəyi düşünülür.

Almaniya Ukraynaya silah tədarükündə də xüsusi rola malikdir. Kansler Olaf Şolz Kiyevə yardım üçün ağır silahlar göndərməkdə tərəddüd etdiyi üçün bütün Avropada tənqid olunub. Müharibə həm də Almaniyanın ordusunu modernləşdirmək üçün 100 milyard avro xərcləmək qərarına gəlməsinə səbəb olub.

Müharibənin ən ciddi təsiri, təbii ki, iqtisadiyyata dəyir. Rusiyanın İqtisadiyyat Nazirliyi bu günlərdə yaydığı proqnozda ölkədə ÜDM-nin ilin sonunadək 4,2 faiz azalacağını, inflyasiyanın 13,4 faiz olacağını bildirib. Daha öncəki proqnozlar, o cümlədən Beynəlxalq Valyuta Fondunun gözləntiləri daha bədbin idi. Bəzi ekspertlər işğala görə Qərbin sanksiyalarının hələ Rusiya iqtisadiyyatına tam təsir göstərmədiyini, tam təsirin gələcəkdə üzə çıxacağını düşünürlər. “Əlçatan istehlak mallarının, hətta ərzaq məhsullarının keyfiyyəti və kəmiyyəti azalacaq. İnflyasiya real maaşlara daha çox təsir göstərəcək. Ölkədə zavodlar dayanacaq, işçilər ya işdən çıxarılacaq, ya da uzunmüddətli məzuniyyətə göndəriləcək”, – Los-Ancelesdəki Kaliforniya Universitetinin siyasi təhlilçisi, Rusiya siyasəti üzrə ekspert Daniel Treysman deyib. Onun fikrincə, bütün bunlar ölkə daxilində narazılıqlar yarada bilər. 

pia.az


Etiket: Avropa Müharibə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

Mikayıl Mirzənin oğlu: "Atam sağ olsaydı, mən səfir idim..."

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

Bakıda azyaşlı övladını girov götürən və zərərsizləşdirilən şəxs "Beton Xosrov" ləqəbli tanınmış idmançı olub - Təfərrüat

Ağadadaş Ağayevin atdığı balta qadını yaraladı - Təfərrüat

"Elman Rüstəmov “Premium Bank” vasitəsilə Mərkəzi Bankdan 2,5 milyon manat məbləğində qanunsuz kredit götürüb"

Şəmkirdə kişi arvadını bıçaqlayıb - Yenilənib

Ədalət Şükürov bağını nümayiş etdirdi - Video

Bakıda arıçılıq məhsullarının növbəti Sərgi-Satış Yarmarkası keçiriləcək

Ən çox oxunanalar