Cümə axşamı, 11 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaqauziyanın rəhbəri Kişinyovun Avropa siyasətini “gözəl nağıl” adlandırıb

Moldovanın tərkibindəki Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsul ölkə prezidenti Maya Sandunun Avropaya inteqrasiya ilə bağlı milli maraqlar nəzərə alınmadan həyata keçirilən siyasətini “gözəl nağıl” adlandırıb...

Poliqon xəbər verir ki, Qaqauz muxtariyyətinin lideri bu barədə “RİA Novosti” Agentliyinə müsahibəsində danışıb.

“Maya Sandu Avropaya inteqrasiya siyasətini milli maraqları nəzərə almadan və Qaqauziya sakinlərinin mövqeyinə zidd olaraq həyata keçirir. Bununla belə, burada müzakirələr aparmaq olar ki, Moldova hakimiyyəti qərarların qəbulunda ümumilikdə nə dərəcədə müstəqildir? Avrointeqrasiya hakim partiyanın moldovalı seçiciyə “satdığı gözəl nağıldır”, deyə Yevgeniya Qutsul bildirib.

Eyni zamanda, Evgeniya Qutsul müsahibəsində, əslində ölkə sakinləri üçün “Avropa gələcəyi”nin iqtisadiyyatda durğunluq və ixracın azalması, yüksək inflyasiya və artan kommunal tarifləri gətirdiyinə diqqət çəkib.

"Moldova seçicisi acı dərs aldı və əminəm ki, növbəti seçkilərdə Maia Sandu və Avropayönlü partiyalar xeyli az səs alacaqlar", deyə Qaqauziya lideri qeyd edib.

Moldova tərkibindəki Qaqauz muxtariyyətinin rəhbəri ölkənin mərkəzi hakimiyyət orqanları tərəfindən təzyiqlərə məruz qaldığını bəyan edib. Onun sözlərinə görə, muxtariyyət Moskva ilə əməkdaşlığı inkişaf etdirmək istəyir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kişilərin diqqətinə: Qadını dəli etmək üçün bu 6 vacib ifadəni deyin!

MİDA Bakıda yeni sosial mənzillərin tikintisinə başlayır

Bakıda özəl xəstəxana 32 yaşlı qadının ölümünü əvvəl təkzib, sonra təsdiq etdi - Detallar

Əmək pensiyalarının təyin edilməsi və hesablanması qaydasında dəyişiklik edilib

Beş ildə 11 milyonluq tender udan «Azertikinti-M» kimə məxsusdur? – MMC-ni Mahir Abbaszadə ilə nə kimi tellər bağlayır?

AVRO-2024: Niderland - İngiltərə matçı öncəsi dava düşüb

Natiq Miri: Rusiyanın potensial təhlükəsi NATO-nu həqiqətən də, silkələdi...

Bakıda kişi nişanını iki dəfə pozan sevgilisini döydü

DİN rəsmisi səsvermədən sonra sərbəst toplaşma ilə bağlı xəbərdarlıq etdi

Bayramov-Mirzoyan-Blinken görüşü... - Sülh yolunda irəliləyiş gözlənilir?

Ən çox oxunanalar