Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Beyləqanda qanunsuz sələm işi məşğul olanlar var? - Aidiyyatı qurumlar tədbir görməlidir

Son illər ölkəmizdə qanunsuz sələm işi ilə bağlı şikayət və cinayətlərin sayı artmaqdadır...

Fərdi şəxslərdən yüksək faizlə pul götürən vətəndaşlar, ödəməsini axıracan ödəmədiyi təqdirdə ciddi şəkildə yüklənərək borc girdabına salınır. Çünki sələm götürən şəxs götürdüyü məbləğdən qat-qat çox borc müqaviləsinə imza atır. Bu isə həmin şəxsin sələmçinin qarşısında yüklənməsinə gətirib çıxardır.

Qanunverciliyə görə vətəndaşlarımızın faizə pul vermək və bu barədə müqavilə bağlamaq səlahiyyəti yoxdur. Verilən pula görə borc alandan faiz tələb etmək qanunvericiliklə məsuliyyət yaradır. Bu cür fəaliyyət yalnız xüsusi lisenziya əsasında həyata keçirilə bilər.

Azərbaycan Respublikası qanunvericiliyi ilə faziə pul vermək xüsusi lisenziya alınmaqla banklar, bank olmayan kredit təşkilatları və lombardlar tərəfindən həyata keçirilə bilən fəaliyyət hesab edilir. Xüsusi lisenziyası olmayan şəxslərin bu cür fəaliyyətlə məşğul olması qanunvericiliklə məsuliyyət yaradır.

Cinayət Məcəlləsinin 192-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və ya xüsusi razılıq, yəni lisenziya tələb olunduğu halda lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi - qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma hesab edilir.

Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa görə inzibati məsuliyyətə cəlb edilən şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Nəzərdə tutulan əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və ya inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə inzibati məsuliyyətdən azad olunur.

Bildirək ki, "Facebook" sosial şəbəkəsində "Beyləqan Xəbərləri" adlı səhifə Beyləqan rayonunda Məmmədova Rahilə, Məmmədova Dursun, Məmmmədova Kifayət, Məmmədova İradə, Əzizov Vəliyəddin, Məmmədov Rəşad, Muradov Nüşrəvan, Süleymanova Günay, İsmayılova Səkinə, İsmayılova Zeynəb, Rustəmova Fərqanə, Quliyev Tapdıq adlı şəxslərin gizli şəkildə qanunsuz sələm işi ilə məşğul olduğu iddia edilib.

AzFakt.com olaraq bildiririk ki, bu şəxslər həqiqətəndə qanunsuz sələm işi ilə məşğuldursa, o zaman Dövlət Vergi Xidməti onlar haqqında tədbir görməli və adları yayılan şəxslər barəsində inzibatı tədbirlər görülməlidir.

Aldığımız məlumata görə, adları qanunsuz sələm işi ilə məşğul olmaqda hallanan şəxslər bu işlə məşğul olmadıqlarını bildirirlər. Bütün hallarda Dövlət Vergi Xidməti və hüquq mühafizə orqanları onlar haqqında araşdırma aparmalı və qanunsuz sələm işi ilə məşğul olub olmadıqlarını üzə çıxarmalıdır.

Qeyd edək ki, Beyləqan rayon Məhkəməsində son illər borc müqaviləsinə görə məhkəmə qərarlarının sayı hesabı yoxdur. Məhz borc müqaviləəsi ilə vətəndaşları məhkəməyə verib onları yükləyənlərin qanunsuz sələm işi ilə məşğul olanlar olduğu deyilir.

AzFakt.com saytı olaraq adları qanunsuz sələm verilməsində hallanan şəxslər rəsmi olaraq Dövlət Vergi Xidmətinə sorğu ünvanlamışıq.
Dövlət Vergi Xidmətinin qanunsuz sələm işində adı hallanan şəxslər barəsində açıqlamasını oxuculara təqdim edəcəyik.

Poliqon.info

 


Etiket: sələm borc


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

Mikayıl Mirzənin oğlu: "Atam sağ olsaydı, mən səfir idim..."

Bakıda övladını girov götürən və polisin zərərsizləşdirdiyi şəxslə bağlı yeni detallar - Təfərrüat, Video

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

Ağadadaş Ağayevin atdığı balta qadını yaraladı - Təfərrüat

"Elman Rüstəmov “Premium Bank” vasitəsilə Mərkəzi Bankdan 2,5 milyon manat məbləğində qanunsuz kredit götürüb"

Ədalət Şükürov bağını nümayiş etdirdi - Video

Baba Vəziroğlu Ağadadaş Ağayevdən danışdı: "Vəziyyət o həddə çatıb ki..."

Şəmkirdə kişi arvadını bıçaqlayıb - Yenilənib

Britaniya, İtaliya və Yaponiya yeni nəsil döyüş təyyarəsi konseptini təqdim ediblər

Ən çox oxunanalar