Bazar, 06 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ata 13 yaşlı qızına təcavüz etdi: 18 il həbs olundu

Azərbaycanın rayonlarından birində tükürpədici cinayət hadisəsi baş verib...

"Qafqazinfo"nun məlumatına görə, 53 yaşlı Cavid Əkbərov (ad və soyad şərti) 13 yaşlı qızına müxtəlif vaxtlarda beş dəfə təcavüz edib.

İttihamda deyilir ki, təqsirləndirilən şəxsin qızı hər dəfə ona müqavimət göstərib. O isə övladını başını kəsəcəyi ilə hədələyərək istəyinə nail olub.

Zərərçəkmiş azyaşlının bir müddət sonra özünü qəribə aparması, qəfil ağlamaları yaxınlarının diqqətini çəkib. Bundan sonra atanın əməllərinin üstü açılıb. Azyaşlı qız planlı şəkildə atasının ona qarşı əxlaqsız hərəkətlər etməsi anlarını telefonla videoya çəkib. Həmin video şikayət ərizəsi ilə birgə polisə təqdim edilib.

C.Əkbərov polis əməkdaşları tərəfindən tutulub, ona qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü seksual xarakterli zorakılıq hərəkətləri (14 yaşına çatmayan şəxsə qarşı) maddəsi ilə ittiham elan edilməklə barəsində həbs qətimkan tədbiri seçilib.

C.Əkbərov ibtidai istintaq vaxtı verdiyi ifadəsində əməllərini etiraf etsə də, məhkəmədə özünü təqsirli bilməyib. Deyib ki, həyat yoldaşı ilə aralarında problem olub. Bu səbəbdən qadın övladını da onun üstünə şər atmağa cəlb edib.

Məhkəmə əsas sübut kimi təqdim edilmiş videoya baxış keçirib, şahidləri dinlədikdən sonra müttəhimi verilmiş ittihamla təqsirli hesab edib.

Hökmə əsasən, C.Əkbərov 14 yaşına çatmayan qızına təcavüz etməkdə təqsirli bilinərək 18 il azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Poliqon.info

 

 


Etiket: Ata Qız Təcavüz


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan və Özbəkistan hərbçilərinin birgə komanda-qərargah təlimi başa çatıb

İsralin Bunkerə endirdiyi zərbələr nəticəsində Haşim Safiəddindən xəbər yoxdur

Rayon rəhbəri şəhid anasını 50 illik yubileyi münasibəti ilə ziyarət edib

7 evdən 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb - Video

Vüqar Səfərli yenə narazıdır - Hər şeyini geri istəyir

MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin növbəti görüşü keçirilib

Pensiya alanlara şad xəbər - 2 yerdən pul ala biləcəklər - Video

Buzovnada ata və oğlu qonşularını bıçaqlayıb, ölən və yaralılar var - Yenilənib

Səhər edilən bu səhv xərçəng riskini artırır - Alimlər açıqladı

Kir Starmer: İran-İsrail münaqişəsi dünya üçün dağıdıcı nəticələrə səbəb olacaq

Azərbaycan Premyer Liqası: Bu gün IX tura yekun vurulacaq

MOSSAD “Hizbullah”ın peycerlərini partlatmaq əməliyyatını 2022-ci ildən planlaşdırırmış

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay