Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çak Şumer Baydenin seçkidən kənarlaşdırılmasını istəyir

ABŞ Senatının Demokrat lideri Baydenin seçkidən kənarlaşdırılmasını dəstəkləyə bilər...

ABŞ Senatındakı Demokratik Çoxluğun lideri Çak Şumer partiyanın prezidentliyə namizədinin dəyişdirilməsinə açıqdır.

Poliqon xəbər veri ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb. Nəşr yazır ki, son 12 gün ərzində Şumer partiyanın ən yaxşı inkişafı ilə bağlı sponsorların ideya və təkliflərini dinləyir.

“Axios” xəbər verir ki, Demokratlar Partiyasının nümayəndələri ilə təkbətək söhbətlərində Çak Şumer prezidentliyə yeni namizədin irəli sürülməsini dəstəkləyə biləcəyini açıq şəkildə bildirib.

Nəşr qeyd edir ki, Şumer Co Baydeni seçkidə iştirakdan imtina etməyə inandırmaq üçün kifayət qədər şəxsi və siyasi təsirə malikdir.

Qeyd edilir ki, Demokratların Konqresdəki toplantısında Şumer hazırkı prezidentin ikinci müddətə yenidən seçilməyə qadir olub-olmaması ilə bağlı açıqlama verməyib.

Xatırladaq ki, Demokratlardan ABŞ prezidentliyinə namizəddə mümkün dəyişikliyin müzakirəsi iyunun sonunda Co Bayden və Donald Tramp arasında gedən debatdan sonra başlayıb. İyulun 3-də Bloomberg və Reuters Agentlikləri mənbələrə istinadən yazıblar ki, Nümayəndələr Palatasındakı demokratlar Ağ Evə Co Baydeni seçki yarışından geri çəkilməyə çağıran məktub yollayıblar.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay