Çərşənbə axşamı, 08 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Orban Floridada Trampla görüşəcək

Macarıstanın baş naziri Viktor Orban ABŞ-ın keçmiş prezidenti Donald Trampla Vaşinqtonda NATO sammitindən sonra Floridadakı Mar-a-Laqo malikanəsində görüşməyi planlaşdırır...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi məlumat yayıb.

Orbanın Trampla görüşü bir sıra xaricə səfərlərdən, o cümlədən Moskvada Rusiya prezidenti Vladimir Putinlə və Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşlərdən sonraya təsadüf edir. Həmçinin Orban Pekinə də səfər edib və burada Çin prezidenti Si Cinpinlə görüşüb.

Bu səfərlərlə bağlı baş nazir sülhməramlı fəaliyyətini davam etdirmək və bu məqsədlə NATO-nun Vaşinqton sammitinin imkanlarından istifadə etmək niyyətində olduğunu bildirib.

Mənbə vurğulayıb ki, Tramp Orbandan Rusiya və Ukrayna arasında sülh sazişinin hazırlanmasında iştirak etməyi xahiş etməyib. Qarşıdan gələn görüşün əlavə təfərrüatları açıqlanmır.

O da məlum olub ki, Macarıstanın baş naziri ilin sonuna qədər Avropa Parlamentində iki dəfə çıxış edə bilər. Onun çıxışlarının əsas mövzusu Ukrayna münaqişəsi olacaq. Orbanın Aİ-yə sədrlik edən ölkənin lideri kimi Avropa Parlamentində ilk çıxışı gələn həftə baş tuta bilər. Hələlik dəqiq tarix yoxdur, çünki vaxtı parlament özü təyin edəcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub

15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub - Yenilənib

Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb, 6 nəfər xəsarət alıb - Yenilənib

"Tək Bərxudarov deyil, 4-5 generalla bağlı qərar verilib" - polkovnik Üzeyir Cəfərov 

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - Dosye

Moskvada MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib - Yenilənib

İşdən azad olunan şəxsin pensiyası yenidən necə hesablanır?

ARDNF-nin “Şahdəniz”in işlənməsindən gələn gəlirləri açıqlanıb

ASCO maliyyə zərərinin səbəblərini açıqlayıb

General Mayis Bərxudarov vəzifədən azad olunmasından danışdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay