Çərşənbə axşamı, 08 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NATO Moskva və Minsk arasındakı ittifaqı alyansa qarşı təhlükə hesab edib

NATO: Rusiya Federasiyası ilə Belarus arasında əməkdaşlıq alyansın müdafiəsi üçün mənfi nəticələrə gətirib çıxarır...

Moskva ilə Minsk arasında siyasi və hərbi əməkdaşlığın dərinləşməsi Şimali Atlantika Alyansının təhlükəsizliyinə təhdiddir.

Poliqon xəbər verir ki, bu barədə NATO-nun Vaşinqtonda keçirilən sammitində qəbul edilmiş yekun bəyannaməsində deyilir.

Sənəddə iddia olunur ki, Rusiya və Belarus arasında siyasi və hərbi inteqrasiyanın inkişafı, o cümlədən Rusiyanın qabaqcıl hərbi potensialının və şəxsi heyətinin Belarus ərazisində yerləşdirilməsi regional sabitlik və NATO-nun müdafiəsi üçün mənfi nəticələrə gətirib çıxarır. Bundan başqa, Belarus öz ərazisini və infrastrukturunu təmin etməklə, Ukrayna münaqişəsində Rusiyaya yardım edir.

Yekun bəyannamədə NATO Rusiyanı alyansın təhlükəsizliyinə ən əhəmiyyətli"təhdid elan edilib. Qeyd edilib ki, Rusiyanın NATO üçün yaratdığı təhdid uzunmüddətli perspektivdə də davam edəcək.

Qeyd edək ki, iyulun 9-11-də Vaşinqtonda NATO-ya üzv ölkələrin toplantısı keçirilib. “Ukrayna və Transatlantik Təhlükəsizlik” mövzusunda üç günlük tədbir alyansın yaranmasının 75-ci ildönümünə həsr olunub. Zirvə toplantısında bloka üzv olan 32 ölkənin, o cümlədən bir müddət əvvəl alyansa qoşulmuş İsveç və Finlandiyanın liderləri iştirak ediblər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub

Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb, 6 nəfər xəsarət alıb - Yenilənib

15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub - Yenilənib

"Tək Bərxudarov deyil, 4-5 generalla bağlı qərar verilib" - polkovnik Üzeyir Cəfərov 

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - Dosye

Moskvada MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib - Yenilənib

ARDNF-nin “Şahdəniz”in işlənməsindən gələn gəlirləri açıqlanıb

İşdən azad olunan şəxsin pensiyası yenidən necə hesablanır?

General Mayis Bərxudarov vəzifədən azad olunmasından danışdı

Bakıda hərbi qaydaların idarə olunması ilə bağlı yüksək səviyyəli seminar keçirilir

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay