Çərşənbə axşamı, 30 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaxın Şərqdəki münaqişənin fonunda Avropada antisemitizm dalğası müşahidə edilir

Avropa ölkələrində antisemitizm səviyyəsində əhəmiyyətli artım müşahidə olunur...

Poliqon xəbər verir ki, Britaniyanın The Guardian nəşri bu barədə müvafiq araşdırma aparan Avropa İttifaqının Əsas İnsan Haqları Agentliyinə (FRA) istinadən məlumat verib.

"Avropada antisemitizm dalğası var, buna qismən də Yaxın Şərqdəki münaqişə səbəb olub. Bu, yəhudi xalqının təhlükəsizlik və ləyaqət içində yaşamaq imkanlarını ciddi şəkildə məhdudlaşdırır", deyə FRA direktoru Sirpa Rautio jurnalistlərə bildirib.

Agentlik 2023-cü ilin yanvar-iyun ayları arasında yaşı 16-dan yuxarı olan 8 min yəhudi arasında sorğu keçirib. Respondentlərin 96%-i ötən il ərzində dözümsüzlük təzahürləri yaşadıqlarını, 84%-i isə antisemitizmi mühüm problem hesab etdiyini bildirib.

Bundan əlavə, Aİ hüquq müdafiəçiləri Fələstinin HƏMAS təşkilatının 2023-cü il oktyabrın 7-də İsrailə hücumundan sonra vəziyyətin necə dəyişdiyini anlamaq üçün 12 yəhudi təşkilatının məlumatlarını öyrəniblər.

Məlum olub ki, respondentlərin 80%-i son 5 ildə ölkələrində antisemitizmin səviyyəsinin artdığına inanır, 64%-i bununla hər zaman qarşılaşdıqlarını, 90%-i isə sosial şəbəkələrdə yəhudilərə qarşı dözümsüzlüyü böyük problem adlandırıb.

Bundan əlavə, hər 10 respondentdən 6-sı İsraillə HƏMAS arasındakı münaqişənin onların təhlükəsizlik hislərinə təsir etdiyini etiraf edib.

Aprel ayında Almaniyanın Spiegel qəzeti ölkənin şərqindəki məktəblərdə ifrat sağçı əhval-ruhiyyənin artdığını yazmışdı. Qeyd olunur ki, tələbələr daha tez-tez masalarının üzərinə svastikalar çəkməyə və bir-birlərinə Hitler salamı göstərməyə başlayıblar.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paris-2024: Hidayət Heydərov mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Pezeşkian Makrona xəbərdarlıq etdi: İsrail hücum etsə...

DSX əməkdaşının sosial şəbəkələrdə yayılmış videogörüntüsü ilə bağlı açıqlama

Müdafiə Nazirliyinin bölmə müdiri həbs olundu - Yenilənib

İlqar Fəhmi Axund Azərdən, mentalitetdən, bakılılardan danışdı

Olimpiya çempionu: "Məni Azərbaycandan ilk təbrik edən Prezidentimizlə xanımı oldu"

Azərbaycanda bəzi universitetlərdə təhsil haqqları artırıldı: Səbəb nədir?

Mikayıl Cabbarov Hidayət Heydərovla bağlı paylaşım edib

Paris-2024: Azərbaycan olimpiadalarda 50-ci medalını Fransada qazanıb

Ən çox oxunanalar