Bazar, 28 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Bərdə, Bakı-Tərtər, Bakı-Zaqatala, Bakı-Gəncə, Bakı-Şəki, Bakı-Şəmkir, Bakı-Mingəçevir, Bakı-İsmayıllı, Bakı-Siyəzən, Bakı-Siyəzən, Bakı-Kürdəmir, Bakı-Göyçay, Bakı-Oğuz, Bakı-Qəbələ, Bakı-Beyləqan şəhərlərarası, paytaxtın 56 nömrəli şəhərdaxili, 156, 123 və 137 nömrəli şəhərətrafı avtobus marşrutlarını müsabiqəyə çıxarır...

Poliqon xəbər verir ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təklifləri komissiya tərəfindən Bakı-Bərdə, Bakı-Tərtər, Bakı-Zaqatala, Bakı-Gəncə istiqamətlərində 4 Lot üzrə avqustun 13-də;

Bakı-Şəki, Bakı-Şəmkir, Bakı-Mingəçevir istiqamətlərində 4 Lot üzrə avqustun 16-da;

Bakı-İsmayıllı, Bakı-Siyəzən, Bakı-Kürdəmir istiqamətlərində 5 Lot üzrə avqustun 20-də;

Bakı-Göyçay, Bakı-Oğuz, Bakı-Qəbələ, Bakı-Beyləqan istiqamətlərində 5 Lot üzrə avqustun 23-də;

paytaxtın 56 nömrəli şəhərdaxili, 156, 123 və 137 nömrəli şəhərətrafı avtobus marşrutları üzrə avqustun 27-də baxılacaq.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şahin İsmayılov Beyləqandan niyə qovulmuşdu? – İlginc iddiaalar

"Hizbullah" İsrailə raket zərbəsi endirib- Ölənlər var

“Arash Medical Company”ni Anar Bayramov üçün özəl edən səbəb...

Tofiq Yaqublunun məhkəməsində ittiham aktı elan olunub

Qurban Yetirmişlidən zəlzələ iddialarına sərt reaksiya : “Mən fala baxmıram”

“Yelo Bank”ın depozitləri azalıb – Şirkətlər 550 milyon manatı geri çəkib

Beynəlxalq səyyahlar Füzulidə minaların zərərsizləşdirilməsi prossesini izləyib - Yenilənib

Lavrov: "Qərb Rusiyanın təslim olmasını gözləyir, lakin bu baş verməyəcək"

Qəzza zolağında ölən fələstinlilərin sayı 39,2 min nəfəri keçib

Bakı Təşəbbüs Qrupu Olimpiya Oyunları prinsiplərinin Paris-2024-də pozulmasına dair bəyanat yayıb

Ən çox oxunanalar