Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanın məntiqi... - Sərhəddə Rusiyanın bacarmadığını Avropa İttifaqı bacaraq...

Ermənistanın qərbpəsərt siyasətçiləri və ekspertləri baş nazir Nikol Paşinyana təklif edirlər ki, noyabra qədər İrəvan Avropa İttifaqına üzvlüklə bağlı Brüsselə rəsmi müraciət ünvanlasın...

Politoloq: “Bu təklifin arxasında o “məntiq” dayanır ki, Rusiyanın bacarmadığını Avropa İttifaqı bacaracaq və Azərbaycan ordusuna yeni mövqelərdə möhkəmlənməyə Brüssel mane olacaq”.

Azərbaycanın nə noyabrdan əvvəl, nə də sonra Ermənistana müdaxilə etmək kimi planı yoxdur”.

Bu sözləri politoloq Elxan Şahinoğlu Ermənistan cəmiyyətində yaradılan Azərbaycanın Ermənistana müharibə elan edəcəyi xofunu Poliqon-a şərh edərkən qeyd edib.

Ermənistan hakimiyyətində və cəmiyyətində belə bir xof yaranıb ki, guya noyabr ayına qədər Azərbaycanla sülh və ya çərçivə sazişi imzalanmasa, Bakıda keçiriləcək COP-29-dan sonra yeni müharibə başlayacaq. Ermənistanın qərbpəsərt siyasətçiləri və ekspertləri baş nazir Nikol Paşinyana təklif edirlər ki, noyabra qədər İrəvan Avropa İttifaqına üzvlüklə bağlı Brüsselə rəsmi müraciət ünvanlasın, əks halda Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistanı qorumaq istəməyəcək və bu ərazi itkisinə səbəb olacaq.

Bəs, erməni cəmiyyətində xof yaratmaqla Ermənistanın Avropa İttifaqına üzv olmasının tezləşdirilməsi mümkündürmü?

Mövzunu Poliqon-un əməkdaşı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu ilə müzakirə edib.

Elxan Şahinoğlu: “Ermənistanın bu yolla Avropa İttifaqına üzv olmasının tezləşdirilməsi mümkün deyil”.

Paşinyanın tam nəzarət edə bilmədiyi Ermənistan ordusundakı “5-ci kolon” hərbçilərinin yenə Azərbaycan tərəfə atəş açarlarsa, bunun onlar üçün ağır nəticələri olacağını vurğulayan ekspert Poliqon-a açıqlamasında qeyd edib ki, bu halda qarşı tərəf həqiqətən ərazi itkisi ilə üzləşə bilər:

“Bu təklifin arxasında o “məntiq” dayanır ki, Rusiyanın bacarmadığını Avropa İttifaqı bacaracaq və Azərbaycan ordusuna yeni mövqelərdə möhkəmlənməyə Brüssel mane olacaq. Avropa İttifaqı bunu necə edəcək, orası maraqlıdır. Ən əsası isə, Ermənistanın bu yolla Avropa İttifaqına üzv olmasının tezləşdirilməsi mümkün deyil.

Məsələnin ikinci tərəfi isə odur ki, Azərbaycanın nə noyabrdan əvvəl, nə də sonra Ermənistana müdaxilə etmək kimi planı yoxdur, başımız işğaldan azad olunan ərazilərdə quruculuq işlərinə qarışıb. Bundan başqa şərti sərhəddə strateji yüksəkliklər nəzarətimiz altındadır, bundan artığı bizə lazım deyil. O başqa məsələ ki, Paşinyanın tam nəzarət edə bilmədiyi Ermənistan ordusundakı “5-ci kolonun” hərbçiləri yenə Azərbaycan tərəfə atəş açarlarsa, bunun onlar üçün ağır nəticələri olacaq və bu halda qarşı tərəf həqiqətən ərazi itkisi ilə üzləşə bilər.

Nikol Paşinyan və onun ətrafı COP-29-dan sonra müharibə və növbəti məğlubiyyət təhlükəsindən bu qədər qorxurlarsa, bunun sadə yolu var. Paşinyan Konstitusiyaya vəd etdiyi dəyişiklikləri reallaşdırmalı, ən azı referendum yolu ilə qonşuların ərazilərinə iddia edən bəndləri əsas qanundan çıxarmalıdır. Bu noyabdan əvvəl və sonra müharibə ehtimalını ortadan qaldıracaq. Bir şərtlə ki, Paşinyan ordusunu da təxribatçı elementlərdən təmizləsin. Çünki hətta sülh sazişi Ermənistan ordusundakı təxribatçıları Azərbaycanın mövqelərinə atəş açmaqdan dayandırmaya bilər”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

Mikayıl Mirzənin oğlu: "Atam sağ olsaydı, mən səfir idim..."

Bakıda övladını girov götürən və polisin zərərsizləşdirdiyi şəxslə bağlı yeni detallar - Təfərrüat, Video

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

Ağadadaş Ağayevin atdığı balta qadını yaraladı - Təfərrüat

"Elman Rüstəmov “Premium Bank” vasitəsilə Mərkəzi Bankdan 2,5 milyon manat məbləğində qanunsuz kredit götürüb"

Ədalət Şükürov bağını nümayiş etdirdi - Video

Baba Vəziroğlu Ağadadaş Ağayevdən danışdı: "Vəziyyət o həddə çatıb ki..."

Şəmkirdə kişi arvadını bıçaqlayıb - Yenilənib

Britaniya, İtaliya və Yaponiya yeni nəsil döyüş təyyarəsi konseptini təqdim ediblər

Ən çox oxunanalar