Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Borrell NATO ölkələrini Rusiyaya qarşı birləşməyə çağırıb

“75 il əvvəl SSRİ-yə qarşı birləşmişdik, hazırda isə bunu Rusiya əleyhinə həyata keçirməliyik”...

APA-nın xəbərinə görə, bunu NATO-nun sammiti çərçivəsində bəyanatla çıxış edən Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell bildirib.

O qeyd edib ki, Rusiya hakimiyyətinin qlobal səviyyədə siyasi dominantlığı bərpa etməsinə imkan verilməməlidir:

Rusiya indi də imperialist maraqlarından əl çəkmir, çünki Vladimir Putin qarşısına yenidən Sovet İmperiyasını, daha dəqiq SSRİ-ni bərpa etmək məqsədini qoyub. Mən bu gün çox təəssüflə bildirmək istəyirəm ki, biz həm bunu, həm də yeni çağırışlara yetərincə hazır olmadığımızı çox gec başa düşdük. Tarix təkrarlanır. Bu isə o deməkdir ki, ən güclü dövlət mükəmməl hərbi və texnoloji potensiala malik olan dövlətdir. Ona görə də biz silahlanmaya daha çox vəsait sərf etməliyik”.

Aİ-nin ali nümayəndəsi Avrozona ölkələrinin Ukraynanın hərbi potensialının güclənməsinə dəstəyini uzun müddət davam etdirəcəyini açıqlayıb:

“Biz əvvəlki kimi Ukraynanın etibarlı müdafiəsinin təminatına sadiqik. Bunu ehtiyac olduğu üçün yox, vacib olduğu üçün edirik. Ukrayna hökuməti və xalqının yanında olmaq bütövlükdə Avropanın maraqlarına uyğundur. Çünki biz bununla həm də Avropanın təhlükəsizliyini təmin edirik. Ukraynada sülh yalnız bu ölkənin suverenliyi və ərazi bütövlüyü çərçivəsində mümkündür. Bunun üçün isə Rusiya öz sərhədləri daxilinə çəkilməli və qonşu dövlətlər üçün təhlükə yaratmağı dayandırmalıdır”.

Sonda Borrel əlavə edib ki, Avropa İttifaqı Ukraynadakı startap layihələrinə dəstək üçün Kiyevdə xüsusi ofisin açılmasını planlaşdırır.


Poliqon.info

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dolları olanlar mütləq bu xəbəri oxusun - Vacib açıqlama

Rəşad Nəbiyevin uğursuz taksi islahatı… – yuxarıları aldatmaq cəhdi, yoxsa səriştəsiz fəaliyyət…

Ziya Məmmədovun qardaşından sensasion açıqlama

Üzümü bu qidalarla birgə yemək olmaz! – Dietoloqdan xəbərdarlıq

Pentaqon Çinin "Sinovac" peyvəndinin diskreditasiyası ilə məşğul olduğunu etiraf edib

Cinayət planları ilə gəzən qatillər: Ailəsini baltalayanlar, övladını girov götürənlər...

Borrell Çinin xarici işlər naziri ilə görüşüb

Anasını bıçaqlayan şəxs polis tərəfindən saxlanılıb - Yenilənib

Pompeo: Tramp prezident seçilərsə, ABŞ Ukraynaya 500 mlrd. dollar yardım edəcək

Ən çox oxunanalar