ABŞ Senatındakı NATO Müşahidə Qrupunun həmsədri Tom Tillis bildirib ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampın yenidən seçiləcəyi təqdirdə ölkəni Şimali Atlantika Alyansından çıxarmaqla hədələmələri qeyri-realdır...
Poliqon “RİA Novosti” Agentliyinə istinadən xəbər verir ki, senator Tillisə görə Trampın bu tip bəyanatları yalnız Vaşinqtonun müttəfiqləri arasında qorxu yaratmaq məqsədi daşıyır.
ABŞ paytaxtında NATO-nun sammitində çıxış edən senatorun sözlərinə görə, Trampın hədəsi real deyil. Bundan eks-prezident yalnız qorxu, qeyri-müəyyənlik, şübhə yaratmaq üçün siyasi alət kimi istifadə edir.
Tillis vurğulayıb ki, Amerika Konqresi heç vaxt ABŞ-ın Şimali Atlantika Alyansı sıralarından çıxmasını dəstəkləməyəcək.
Xatırladaq ki, Tramp prezident seçkilərində qalib gələrsə, NATO-nun şərqə doğru genişlənməsindən imtina edəcəyini bildirib.
Poliqon.info