Çərşənbə axşamı, 30 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya XİN: Ermənistanın NATO sammitində iştirakına təəssüf edirik...

Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın NATO sammitində iştirakından təəssüfləndiyini bəyan edib...

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistanın NATO sammitində iştirakının Rusiya tərəfində hədsiz təəssüf doğurduğunu bildirib.

Poliqon xəbər verir ki, bu barədə Mixail Qaluzin “RİA Novosti” Agentliyinə müsahibəsundə bildirib. Diplomatın sözlərinə görə, İrəvan problemlərin müzakirəsinə konstruktiv yanaşmadan uzaqlaşıb.

“Təhlükəsizlik sahəsindən danışarkən vurğulamaq istəyirəm ki, Ermənistan KTMT-nin üzvü olaraq qalır və hərbi və hərbi-texniki sahədə çoxsaylı ikitərəfli sazişlərin tərəfidir. İrəvanın narahatlığını müzakirə etmək üçün konstruktiv yanaşma əvəzinə, onlar, təəssüf ki, başqa yol seçib”, deyə Mixail Qaluzin bildirib.

Rusiya xarici işlər nazirinin müavini əlavə edib ki, Ermənistan sammitdə iştirakdan başqa NATO və ya alyansın ayrı-ayrı üzvləri ilə qarşılıqlı fəaliyyəti artırmağa üstünlük verir. Qaluzin qeyd edib ki, bu, NATO standartlarının həyata keçirilməsi, silahların alınması və ya birgə hərbi təlimlərin keçirilməsinə aiddir. Rusiyalı diplomat İrəvanın bu davranışını “iki stulda oturmaq” cəhdi adlandırıb.

Mixail Qaluzinin fikrincə, Ermənistanla NATO arasında əməkdaşlığın dərinləşməsi Cənubi Qafqazda sabitliyi poza bilər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paris-2024: Hidayət Heydərov mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Pezeşkian Makrona xəbərdarlıq etdi: İsrail hücum etsə...

DSX əməkdaşının sosial şəbəkələrdə yayılmış videogörüntüsü ilə bağlı açıqlama

Olimpiya çempionu: "Məni Azərbaycandan ilk təbrik edən Prezidentimizlə xanımı oldu"

İlqar Fəhmi Axund Azərdən, mentalitetdən, bakılılardan danışdı

Azərbaycanda bəzi universitetlərdə təhsil haqqları artırıldı: Səbəb nədir?

Mikayıl Cabbarov Hidayət Heydərovla bağlı paylaşım edib

Müdafiə Nazirliyinin bölmə müdiri həbs olundu - Yenilənib

Ən çox oxunanalar