Bazar, 07 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Son dörd ayda Haitidə 300 mindən çox uşaq evlərini tərk edib

Bu ilin mart ayından Haitidə 300 mindən çox uşaq quldur dəstələri tərəfindən didərgin düşüb...

Poliqon xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) məlumat verib.

Məlumatda qeyd olunur ki, son dörd ayda evlərini itirmiş 580 minə yaxın insanın yarıdan çoxunu uşaqlar təşkil edir. “Amerikanın Səsi” yazır ki, zorakılıqların artması fevralın sonunda hökumətin əsas infrastrukturuna bir sıra koordinasiyalı hücumlardan sonra başlayıb və nəticədə apreldə baş nazir Ariel Henrinin istefası ilə nəticələnib.

“Gözümüzün qabağında baş verən humanitar fəlakət uşaqlar üçün dağıdıcı nəticələrə malikdir. Köçkün uşaqların təhlükəsiz mühitə, eləcə də beynəlxalq ictimaiyyətin artan dəstəyinə və maliyyəsinə çox ehtiyacı var”, deyə UNICEF-in icraçı direktoru Ketrin Rassel deyib.

BMT-nin məlumatına görə, hazırda silahlı dəstələr paytaxt Port-o-Prinsin ən azı 80%-nə və şəhərə gedən əsas yollara nəzarət edirlər. 2024-cü ilin ilk üç ayında Haitidə silahlı qarşıdurmalar nəticəsində 2500-dən çox insan həlak olub və ya yaralanıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu şəxslər metro və avtobusdan pulsuz istifadə edə bilər – Siyahı

Vahid Əhmədovun prokuror oğlu işdən azad edildi

İranın yeni prezidenti kimdir? - “Atam da, anam da türkdür” demişdi

İranın yeni seçilmiş Prezidenti siyasi rəqiblərinə müraciət edib

O icazə versə, deputatlığa namizəd olacam - Fəzail Ağamalı

Xalq artistindən çağırış: Siz Allah, lütlənməyin, soyunmaq müasirlik deyil

Bakıdakı məşhur məktəbdə yoxlama - Direktor işdən çıxarıldı

Xalq artisti açıq havada konsert verdi, geyimi gündəm oldu - Video

Şuşada TDT-nin Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçirilib - Yenilənib

Ən çox oxunanalar