Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Etibar Əliyevin 10 il əvvəlki işi yenidən gündəmdə - Sabah məhkəmədir

“Texnikabank” ASC-nin (ləğv edilib) Müşahidə Şurasının sədri olmuş Etibar Əliyev dələduzluqla bağlı cinayət işinə görə uzun müddətdən sonra yenidən hakim qarşısına çıxarılmalıdır...

Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi öz təşəbbüsü ilə baxış iclası təyin edib.

Məlumat üçün deyək ki, Etibar Əliyev və “Texnikabank”ın digər əməkdaşları 2014-cü ildə vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dələduzluq, rəsmi sənədləri saxtalaşdırma və vəzifə saxtakarlığı ittihamları ilə cinayət məsuliyyətinə cəlb edilib. Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərdən bəzilərinə 8 ilə kimi həbs cəzası, ayrıca mühakimə edilən Etibar Əliyevə isə 9 il azadlıqdan məhrumetmə cəzası verilib. Lakin məhkəmə cəzanı şərti hesab edib. Həmin vaxt zərərçəkmiş tərəf hökmdən apellyasiya şikayəti verib. Lakin məhkəmə istintaqının gedişində Etibar Əliyev ağır xəstəliyə tutulub. Bu səbəbdən 10 ildir apellyasiya baxışı dayandırılıb. Sonuncu dəfə 1 il əvvəl iş üzrə yeni iclas təyin edilsə də, təqsirləndirilən şəxsin hələ də xəstəlikdən əziyyət çəkdiyi məlum olub. İcraat yenidən dayandırlıb.

Əvvəldə qeyd etdiyimiz kimi, məhkəmə öz təşəbbüsü ilə sabaha iş üzrə yeni proses təyin edib. Məhkəmə təqsirləndirilən şəxsin hələ də xəstəlikdən əziyyət çəkib-çəkməməsi barədə məlumatı öyrənmək istəyir. Eks-bank rəhbərinin məhkəmədə iştirakını istisna edən ağır xəstəlikdən sağalması haqda rəy verilərsə, məhkəmə qaldığı yerdən davam edəcək.

Qeyd edək ki, Etibar Əliyev 2022-ci ildə Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyev və digərlərinin cinayət işi üzrə məhkəmədə şahid qismində ifadə verib.

Poliqon.info


Etiket: Etibar Əliyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib - Yenilənib

Emin Ağalarovun “Sea-Breeze”dəki evinin görüntüləri

Ağadadaş Ağayevin balta atdığı qadın ilk dəfə danışdı - Video

Səttar Möhbalıyev bu qurumu ailə biznesinə çevirib – Hüquq müdafiəçisi

Müdafiə Nazirliyi Ermənistanın təxribatı barədə bəyanat yayıb: Lazımi cavab tədbirləri görüləcək

Bakıda 29 yaşlı oğlanı ürəyindən bıçaqlayan şəxs saxlanılıb - Yenilənib

Co Bayden Ağ Evdə Benyamin Netanyahu ilə görüşüb

Adı kazinoda külli miqdarda pul uduzmaqda hallanan prorektor deputatlığa hazırlaşır? – İddia

Ən çox oxunanalar