Çərşənbə axşamı, 30 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-da üçtərəfli görüş... - İkitərəfli sülh prosesi bundan ziyan görə bilərmi?..

Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ABŞ-ın dövlət katibi Entoni Blinken arasında üçtərəfli görüş olub...

Politoloq: “Təbii ki, bu görüş sülh danışıqlarını ciddi şəkildə irəliyə aparacaq bir sıçrayışa səbəb olmadı”.

“Hal-hazırda ABŞErmənistan nəyin bahasına olursa-olsun sülh müqaviləsinin imzalanmasını istəyirlər. Lakin onlar yarımçıq hazırlanmış və bütün problemlərin öz həllini tapmadığı, açıqları olan bir sülh sazişini imzalamaq istəyirlər”.

Bu sözləri politoloq Oktay Qasımov Vaşinqtonda keçirilməsi gözlənilən üçtərəfli görüşü Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ABŞ-ın dövlət katibi Entoni Blinken arasında üçtərəfli görüş olub. Görüşdən sonra ABŞ Dövlət katibi Entoni Blinken bildirib ki, AzərbaycanErmənistan sülh razılaşmasını əldə etməyə yaxındır.

Eyni zamanda yayılan rəsmi press-relizdə bildirilir ki, tərəflər AzərbaycanErmənistanın sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında tarixi sazişin yekunlaşdırılması istiqamətində əldə olunmuş irəliləyişi qeyd edib və bu istiqamətdə işi davam etdirməyə razılaşıblar. Qeyd edək ki, görüşdə müzakirə olunan məsələrlə bağlı açıqlama verilməyib.

Bəs, ABŞ-ın yenidən sülh danışıqlarına daxil olması ümumi prosesə müsbət təsir edəcəkmi? Hər şeydən əvvəl ikitərəfli sülh prosesi bundan ziyan görə bilərmi?

ABŞ-ın vasitəçi qismində prosesə yenidən qoşulmasını Poliqon-un əməkdaşı politoloq Oktay Qasımov ilə müzakirə edib.

Oktay Qasımov: “Düşünümürəm ki, ABŞ-ın danışıqlara yenidən qatılmasının prosesə müsbət təsiri olacaq”.

Vasitəçilərin prosesə müdaxiləsinin heç də hər zaman işin xeyrinə olmadığını xatırladan politoloq Polqion-a bildirib ki, Azərbaycanla Ermənistan arasında daha çox nəticələr ikitərəfli formatda danışqlar zamanı əldə olunub:

“Vaşinqtonun NATO sammitinə qatılan AzərbaycanErmənistan xarici işlər nazirlərinin görüşü baş tutub və bu görüş ABŞ-ın moderatorluğunda keçib. ABŞ neçə vaxtdır ki, bu istiqamətdə cəhdlər göstərir və Ceyms O'Brayenin Azərbaycana səfərində də Ermənistanla Azərbaycan arasında belə bir görüş keçirməyə ABŞ-ın hazır olduğunu bildirmişdir, bu təkliflə də çıxış edib.

Təbii ki, bu görüş sülh danışıqlarını ciddi şəkildə irəliyə aparacaq bir sıçrayışa səbəb olmadı. Çünki hal-hazırda ABŞErmənistan nəyin bahasına olursa-olsun sülh müqaviləsinin imzalanmasını istəyirlər. Lakin onlar yarımçıq hazırlanmış və bütün problemlərin öz həllini tapmadığı, açıqları olan bir sülh sazişini imzalamaq istəyirlər. Bunda məqsədləri isə gələcəkdə bu açıqlardan istifadə edərək yenidən Azərbaycana qarşı hansısa iddialar irəlü sürməkdir.

Azərbaycan sülh müqaviləsinin imzalanmasının əleyhinə deyil. Sadəcə olaraq, Azərbaycanın irəli sürdüyü tələblər var. Bu tələb də gələcəkdə davamlı, ədalətli və sadiq sülhə nail olmaqdan ibarətdir.

Azərbaycanın tələblərindən biri də Ermənistan konstitutsiyasının dəyişdirilməsidir. Çünki Ermənistna konstitutsiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları var. Bu durumda sülh sazişi imzalana bilməz, çünki sabah Ermənistan sülh sazişinə deyil, daha yüksək hüquqi qüvvəyə sahib olan konstitutsiyaya əsaslanacaq. Bu da gələcəkdə yeni müharibə üçün qapı açan əsas olacaq.

Oktay Qasımov: “ABŞ-ın yenidən vasitəçi qismində prosesə qoşulmasının hansısa ciddi müsbət təsirlərini görmürəm”.

Bu Paşinyan höküməti dönəmində olmasa da, onun yerinə gələn hökümət dönəmində ola bilər. Ona görə də Ermənistan konstitutsiyasından Azərbaycana qarşı ərazi iddiaları ortadan qalxmadan sülh sazişini imzalamaq olmaz.

Azərbaycan yalnız bir güzəşt edə bilər. Bu güzəşt də odur ki, Azərbaycan Ermənistanla çərçivə sülh sazişi imzalaya bilər. Bundan sonra isə Ermənistanda referendumun keçirilməsinə hazırlıq başlanar. Bu müddətdə də tərəflər sülh danışıqlarını davam etdirib hərtərəfli, geniş və əhatəli sülhə nail olmaq üçün sənəd hazırlaya bilərlər.

Mən düşünümürəm ki, ABŞ-ın prosesə yenidən qatılmasının prosesə müsbət təsiri olacaq. Çünki ABŞ yenə də öz siyasi maraqlarından çıxış edəərək tələm-tələsik sülh saişinin imzalanmasını istəyir. İndiyə qədərki praktika da onu göstərir ki, vasitəçilərin prosesə öz maraqları çərçivəsində müdaxiləsi heç də hər zaman işin xeyrinə olmur. Azərbaycanla Ermənistan arasında daha çox nəticələr ikitərəfli formatda danışqlar zamanı əldə olunub. Buna da misal olaraq 7 dekabr birgə bəyanat və bunun nəticəsində hərbi əsirlərin tamamilə mübadiləsi edilməsini, COP29-la bağlı razılaşmanı, 19 apreldə delmitasiya komissiyalarının əldə etdiyi razılaşmaları və 4 kəndin Azərbaycana qaytarılmasınən təmin edildiyini deyə bilərik.

Bu baxımdan, ABŞ-ın yenidən vasitəçi qismində prosesə qoşulmasının hansısa ciddi müsbət təsirlərini görmürəm”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mustafa Abbasbəyli haradadır? - Səssiz qalmaqla, yaddan çıxmaq istəyir

Paris-2024: Hidayət Heydərov mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Maaşlar bu qədər artacaq - Dəqiq məbləğ açıqlandı

Pezeşkian Makrona xəbərdarlıq etdi: İsrail hücum etsə...

DSX əməkdaşının sosial şəbəkələrdə yayılmış videogörüntüsü ilə bağlı açıqlama

Yunanıstan Türkiyənin dəniz sərhədlərini tanıdı... - İki ölkə arasında “soyuq müharibə” ortadan qalxacaq?

Olimpiya çempionu: "Məni Azərbaycandan ilk təbrik edən Prezidentimizlə xanımı oldu"

Azərbaycanda bəzi universitetlərdə təhsil haqqları artırıldı: Səbəb nədir?

Ən çox oxunanalar