Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Demokratların maliyyə lideri Baydeni namizəd olmamağa çağırıb

Məşhur Hollivud aktyoru və Demokratlar Partiyasının maliyyə lideri, ötən ay ABŞ prezidenti Co Bayden üçün böyük pul yığımının təşkilatçılarından biri olan Corc Kluni indi onu yenidən seçkilərdə iştirak etməməyə inandırmağa çalışır...

Poliqon xəbər verir ki, o, bu barədə New York Times qəzetində yazıb.

"Onun qalib gələ bilmədiyi yeganə döyüş zamana qarşıdır. Təəssüf edirəm, amma üç həftə əvvəl bir ianə toplanışında birlikdə olduğum Co Bayden 2010-cu ildəki Co Bayden deyildi. O, hətta 2020-ci ildəki Co Bayden də deyildi", deyə Kluni qeyd edib.

Aktyorun sözlərinə görə, onlarla demokrat öz aralarında və jurnalistlərlə müzakirə edib ki, Baydenin qərarı təkcə onun prezidentlik şansını deyil, həm də seçki bülletenindəki demokrat yoldaşlarını təhlükə altına alır.

"Biz noyabrda bu prezidentlə qalib gəlməyəcəyik. Və biz Nümayəndələr Palatasını qazanmayacağıq və Senatı da itirəcəyik. Bu, təkcə mənim fikrim deyil. Bu, hər bir senator, konqresmen və qubernatorun fikridir. Onların açıq şəkildə nə deməsindən asılı olmayaraq, hər kəslə təkbətək danışmışam", deyə Kluni izah edib.

Kluni hazırda Demokratlar Partiyasında Baydeni kampaniyasını dayandırmağa çağıran ən çox görünən fiqurlardan biridir. Qəzet bununla bağlı şərh almaq üçün hazırkı prezidentin sözçüsü Lauren Gittlə əlaqə saxlayıb, lakin o, yalnız Amerika liderinin Konqresdəki Demokratlara son məktubunu göndərib və orada onun seçkilərdə qaldığını vurğulanır.

Mənbələrin bildirdiyinə görə, Baydenin komandasının üzvləri Kluni öz essesini dərc etməməyə və prezidentin tərəfində qalmağa inandırmağa çalışıblar.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay