Çərşənbə axşamı, 08 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynada müharibəni bitirəcək sülh şərtlərinin formalaşması üçün nə qədər zaman lazımdır?

Rusiya-Ukrayna müharibə artıq üçüncü ildir ki, davam edir...

Politoloq: “Çox aydın şəkildə görünür ki, Rusiya Ukraynanın dərinliklərinə, mülki infrastrukturuna, xüsusilə enerji infrastrukturuna zərbələr endirməklə rəsmi Kiyevi danışıqlar masasına çəkməyə çalışır”.

ABŞ-dakı prezident seçkilərinə qədər Rusiya bütün mümkün vasitələrlə Ukraynanın həm iqtisadi potensialını tamamilə sıradan çıxarmağa, artıq sıradan çıxmış enerji infrastrukturunu isə tamamilə yox etməyə çalışacaq”.

Bu sözləri politoloq Zaur İbrahimli Rusiya-Ukrayna müharibəsinin indiki vəziyyətini Poliqon-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi, Rusiya-Ukrayna müharibə artıq üçüncü ildir ki, davam edir. Bu müddət ərzində nə Rusiya, nə də Ukrayna ciddi uğur əldə edə bilməyib. Son iki gündür ki, Rusiya Ukraynanın Kiyev şəhərində mülki obyektlərə aviazərbələr endirib. Nəticədə, 20-dən çox insan həlak olub, 100-lərlər vətəndaş yaralanıb. Aydındır ki, bütün müharibələr bu və ya digər şəkildə sülhlə bitir. Lakin tərəflərin mövqeləri hazırda sülhü istisna edir.

Ukraynada müharibəni bitirəcək sülh şərtlərinin formalaşması üçün nə qədər zaman lazım ola bilər və bu sülhün hər iki tərəfi təmin edə biləcəyinə inanmaq olar?

Rusiya-Ukrayna sülh şərtlərini Poliqon-un əməkdaşı politoloq Zaur İbrahimli ilə müzakirə edib.

Zaur İbrahimli: “Qarşıdakı aylarda Rusiya əldə etdiyi üstünlüklərdən tam yararlanmağa çalışacaq. Bu baxımdan əsmi Moskva qarşıdakı aylarda zərbələrini daha da gücləndirəcək”.

ABŞ-da seçkilər başa çatana qədər Ukraynada müharibənin daha da şiddətlənəcəyini proqnoz edən politoloq Poliqon-a açıqlamasında danışıqların növbəti ilin əvvəlində başlayacağını proqnoz edib:

Rusiya-Ukrayna cəbhəsində proqnozlaşdırıldığı kimi hərbi əməliyyatların intensivləşməsi və tərəflərin bir-birlərinə qarşılıqlı gücünün dağıdıcı zərbəsi də çoxalıb. Proqnoz etmək olar ki, bütün yay boyu müharibə belə davam edəcək. Burada strateji məqsədlərə baxmaq lazımdır. Çox aydın şəkildə görünür ki, Rusiya Ukraynanın dərinliklərinə, mülki infrastrukturuna, xüsusilə enerji infrastrukturuna zərbələr endirməklə rəsmi Kiyevi danışıqlar masasına çəkməyə çalışır. Artıq Rusiyanın şərtləri də açıqlanıb. Danışıqların başlanmasının əsas şərti Ukraynanın hal-hazırda işğal olunmuş dörd rayonundan və Rusiya ilə sərhədlərdən ordusunu ölkənin dərinliklərinə çəkməsidir. Ukrayna isə bu şərtlərlə danışıqları qətiyyətlə rədd edir.

Belə bir halda, ABŞ-dakı prezident seçkilərinə qədər Rusiya bütün mümkün vasitələrlə Ukraynanın həm iqtisadi potensialını tamamilə sıradan çıxarmağa, artıq sıradan çıxmış enerji infrastrukturunu isə tamamilə yox etməyə çalışacaq. Eyni zamanda Rusiya ləng də olsa, təmas xəttində irəliləməyə davam edir. Hələlik Ukrayna tərəfi Rusiyanın kiçik irəliləmələrinin qarşısını ala bilmir.

Həmçinin Rusiya Ukraynaya zərbələr endirməklə Qərb ölkələrinə və NATO-ya mesaj verir. Belə bir şəraitdə vəziyyətin daha da gərginləşməsini gözləmək olar. Növbəti addımlardan biri o ola bilər ki, Qərb Ukrayna ordusunu Rusiyanın dərinliklərini vurmaqla bağlı məhdudiyyətləri aradan götürə bilər. Bu addımın da Rusiyanı zəiflədə biləcəyi sual doğurur. Ukraynaya hava hücumundan müdafiə sistemlərinin verilməsi Rusiya zərbələrinin səmərəliyini aşağı salacaqmı? Bu suala da birmənalı müsbət cavab vermək olmur.

Zaur İbrahimli: “Zirvə görüşündən əvvəl də Rusiya intensivliyi artıraraq mesaj verir ki, əgər Qərb tərfəndən hərbi eskalasiyanın artırılması xətti yürüdülərsə, ruslar daha ciddi və dağıdıcı addımlar atacaqlar”.

Güman etmək olar ki, qarşıdakı aylarda Rusiya əldə etdiyi üstünlüklərdən tam yararlanmağa çalışacaq. Bu baxımdan əsmi Moskva qarşıdakı aylarda zərbələrini daha da gücləndirəcək. Rusiyanın indi iki məqsədi var. Ya ABŞ-dakı prezident seçkilərinə qədər danışıqlara başlayıb əldə etdiklərini ilkin razılaşdırma ilə saxlasınlar. Demokratlar administrasiyası ABŞ-da hakimiyyətdə qalsa belə, elə şərtlər yaratsınlar ki, Rusiyanın əldə etdiyi üstünlüklər rəsmiləşdirilsin və Ukrayna neytral statusa alması ilə bağlı öhdəliklər götürsün. Ya da Tramp yenidən hakimiyyətə qayıdarsa, bu zaman danışıqlar prosesi daha intensiv olsun.

Ukrayna isə Qərbdən daha çox silah-sursat almaq istəyir. Ukrayna Rusiyaya elə zərbələr endirmək istəyir ki, Rusiyanın irəlilədiyi az ərazilər ona olduqca baha başa gəlsin. Eyni zamanda gözlənilir ki, iyulun 11-də başa çatacaq NATO sammitindəki görüşdən sonra bu istiqamətdə qərarlar verilə bilər. Zirvə görüşündən əvvəl də Rusiya intensivliyi artıraraq mesaj verir ki, əgər Qərb tərfəndən də hərbi eskalasiyanın artırılması xətti yürüdülərsə, ruslar daha ciddi və dağıdıcı addımlar atacaqlar.

Bu baxımdan təxmin etmək olar ki, ABŞ-da seçkilər başa çatana qədər danışıqlarla bağlı ciddi irəliləyiş olmayacaq. Ümumi şəkildə, gözlənilir ki, danışıqlar növbəti ilin əvvəlində başlaya bilər və artıq növbəti ilin mart-aprel ayında müharibə bitə bilər”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub

15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub - Yenilənib

Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb, 6 nəfər xəsarət alıb - Yenilənib

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - Dosye

"Tək Bərxudarov deyil, 4-5 generalla bağlı qərar verilib" - polkovnik Üzeyir Cəfərov 

Moskvada MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib - Yenilənib

İşdən azad olunan şəxsin pensiyası yenidən necə hesablanır?

ARDNF-nin “Şahdəniz”in işlənməsindən gələn gəlirləri açıqlanıb

ASCO maliyyə zərərinin səbəblərini açıqlayıb

Azərbaycanı 75-ci Beynəlxalq Astronavtika Konqresində 50-dən çox gənc təmsil edəcək

Ən çox oxunanalar