Hindistanın baş naziri Narendra Modinin NATO sammiti ərəfəsində Rusiya prezidenti Vladimir Putinlə qucaqlaşması Amerika rəsmilərini narahat edib...
Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi məlumat yayıb. Nəşr qeyd edir ki, Amerika rəsmiləri ABŞ-Hindistan münasibətlərinin davamlı səmimi söhbətlər vasitəsilə çətin mərhələni keçəcəyinə ümid edir.
Bloomberg əlavə edib ki, Modinin Rusiyaya səfəri Bayden komandası üçün “çətin və narahatedici” olub.
Xatırladaq ki, iyulun 9-da Kremldə Putin və Modi arasında məhdud formatda danışıqlar baş tutub. Söhbət zamanı Hindistanın baş naziri Ukraynada sülhün bərqərar olmasına kömək etməyə hazır olduğunu bəyan edib.
Daha sonra Kremlin sözçüsü Dmitri Peskov Modi ilə Putin arasında Ukrayna böhranı ilə bağlı danışıqları konstruktiv adlandırıb.
Poliqon.info