Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ölkəmizdə ilk dəfə olaraq elektrik avtomobillərinin sərgisi keçiriləcək

Sərginin rəsmi açılışı 12 mart saat 12:00-da olacaq....

Novruz bayramı ərəfəsində ölkəmizdə ilk dəfə olaraq elektrik avtomobillərinin sərgisi keçiriləcək.

“Auto Eko 2023” adı altında avtoşou Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) tərəfindən təşkil olunur.

Bu barədə məlumat AADA-nın rəsmi internet saytında verilib.

Qeyd edək ki, sıralarında 40-dan çox aparıcı avtomobil markasının rəsmi idxalçılarını və yerli avtomobil istehsalçılarını birləşdirən ictimai birlik ən təcrübəli biznes-assosiasiyalardan biridir və fəaliyyətinə başlayandan ölkəmizdə bir sıra ilklərə imza atıb. Belə ki, “Azərbaycan - 28 May” birinci avtomobil yürüşü hələ 1999-cu ildə təşkil olunmuşdu. Ölkədə ilk avtomobil sərgiləri – “Caspian Motor Show” və “Caucasus Motor Show” AADA-nın layihələridir və 2002-ci ildən keçirilir.

Təşkilat bu gün öz missiyasını Azərbaycanda avtonəqliyyat sektorunun inkişafı, sivil avtomobil biznesinin bərqərar olması, ölkənin avtomobil parkının cavanlaşması, yollarda təhlükəsizliyin yüksəlməsi və ümumi ekoloji mühitin sağlamlaşmasına yardım etməkdə görür.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” proqramında təmiz ətraf mühitə nail olmaq və “yaşıl artım” ölkəsinə çevrilmək kimi hədəflər təyin edilmişdir. Bu proqram çərçivəsində ekoloji nəqliyyat vasitələrinin təşviqini gücləndirmək üçün bir sıra tədbirlərin təşkilini AADA öz qarşısına vəzifə qoyub. Ötən il assosiasiya hibrid və elektromobillərin iştirakı ilə “Yaşıl ölkə” adlı ilk ekoloji avtomobil yürüşünü gerçəkləşdirib.

“Auto Eko 2023” 12-14 mart tarixində “Park Bulvar” ticarət mərkəzində baş tutacaq.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilati dəstəyi ilə keçirilən sərginin məqsədi: Azərbaycanda ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin təşviqi, elektromobil texnologiyalı ən yeni modellərin nümayişi, ətraf mühitin qorunmasına cəmiyyətin diqqətinin cəlb edilməsi, gənclərdə müasir texnologiyalara, texniki idman növlərinə marağın artırılması, bayram ərəfəsində Bakı sakinlərinin və qonaqlarının mənalı asudə vaxtının təşkilidir.

Avtoşou çərçivəsində ən yeni modellərin rəsmi premyeraları gözlənilir. Sərginin rəsmi açılışı 12 mart saat 12:00-da olacaq. Bu zaman bütün elektromobillər örtüklə örtüləcək. İştirakçılar mini-təqdimatlar, brifinqlər keçirəcəklər. Tamaşaçılar üçün əyləncəli şou-proqramlar da təşkil olunacaq. Xüsusi təşkil olunmuş zonada “Need for speed” kiberoyunu üzrə tamaşaçılar arasında birincilik keçiriləcək və qaliblər mükafatlandırılacaqlar. Bundan əlavə, avtomobil sahəsində öz biliyinə güvənən qonaqlar müxtəlif uduşlu müsabiqələrdə iştirak edə biləcəklər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

Mikayıl Mirzənin oğlu: "Atam sağ olsaydı, mən səfir idim..."

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

Bakıda azyaşlı övladını girov götürən və zərərsizləşdirilən şəxs "Beton Xosrov" ləqəbli tanınmış idmançı olub - Təfərrüat

Ağadadaş Ağayevin atdığı balta qadını yaraladı - Təfərrüat

"Elman Rüstəmov “Premium Bank” vasitəsilə Mərkəzi Bankdan 2,5 milyon manat məbləğində qanunsuz kredit götürüb"

Şəmkirdə kişi arvadını bıçaqlayıb - Yenilənib

Ədalət Şükürov bağını nümayiş etdirdi - Video

Bakıda arıçılıq məhsullarının növbəti Sərgi-Satış Yarmarkası keçiriləcək

Ən çox oxunanalar