Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazir müavini: "Sülhməramlılar monitorinq keçirməyə şərait yaratmayıb"

Vüqar Kərimov bildirib ki, ötən günlərdə biz buna nail ola bilməyiblər. Amma Azərbaycan bu məsələdə israrlıdır...

"Təəssüf ki, sülhməramlılar azərbaycanlı mütəxəssislərə monitorinq keçirməyə şərait yaratmayıb".

“Report” xəbər verir ki, bunu Bakıda ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov jurnalistlərə açıqlamasında deyib.

"Şuşada ekoloji aktivistlər aksiya keçirirlər. Proseslər dekabrın 2-dən başlayıb. Dövlət qurumlarının ekspertlərindən ibarət qrup ora yollanıb.

Həmin qrup əsasən, orada olan yataqlarımızın istismarı və ekoloji monitorinqin aparılmasına şərait yaradılması ilə bağlı gedib. Təəssüf ki o, şərait yaradılmır. Bu gün səhər saatlarından Azərbaycanın ekoloji QHT və bir çox aktivistlər orada piket keçirir. Onlar Rusiya sülhməramlılarına öz etirazlarını bildirirlər. Əsas məqsəd istismarın dayandırılması, yataqlarımızdan qanunsuz istifadənin dayandırılmasıdır.

Həmçinin, bizim ekoloqlara orda dəymiş ziyanın hesablanması, ətraf mühitə təsirləri ilə bağlı monitorinqlərin keçirilməsinə şərait yaradılmasıdır. Təəssüf ki, ötən günlərdə biz buna nail ola bilmədik. Müxtəlif bəhanələrlə istəyimizin qarşısı alındı. Azərbaycan bu məsələdə israrlıdır".

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

Mikayıl Mirzənin oğlu: "Atam sağ olsaydı, mən səfir idim..."

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

Bakıda azyaşlı övladını girov götürən və zərərsizləşdirilən şəxs "Beton Xosrov" ləqəbli tanınmış idmançı olub - Təfərrüat

Ağadadaş Ağayevin atdığı balta qadını yaraladı - Təfərrüat

"Elman Rüstəmov “Premium Bank” vasitəsilə Mərkəzi Bankdan 2,5 milyon manat məbləğində qanunsuz kredit götürüb"

Şəmkirdə kişi arvadını bıçaqlayıb - Yenilənib

Ədalət Şükürov bağını nümayiş etdirdi - Video

Bakıda arıçılıq məhsullarının növbəti Sərgi-Satış Yarmarkası keçiriləcək

Ən çox oxunanalar