Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda uzunömürlülər harada yaşayırlar? 

Ən çox və ən az qeydə alındığı ərazilər

Azərbaycan Milli Elmlər Akademiyası Fiziologiya İnstitutu uzunömürlülük indeksinin aşağı və yüksək olduğu ərazilərin adlarını açıqlayıb.

Fiziologiya İnstitutunun Uzunömürlülüyün fiziologiyası laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Sevinc Hüseynova Trend-ə deyib ki, Azərbaycandaən yüksək uzunömürlülük indeksi cənub bölgəsi və Dağlıq Qarabağ rayonlarında qeydə alınır. Uzunömürlülük indeksinin aşağı olduğu ərazilər isə Mingəçevir, Abşeron yarımadası, Göyçay, Ucardır: “Elə hesab edilir ki, Qəbələ Radiolakasiya Stansiyası (RLS) Qəbələ əhalisinin sağlamlığına təsir edir. Bu, əslində səhv fikirdir. Qəbələ rayonu RLS-in arxa hissəsindədir, stansiyanın əsas – ön hissəsi Uçar, Ağdaş, Göyçay rayonlarına doğru olduğundan şüalanma bu ərazilərə düşür. RLS intensiv işləyəndə Qəbələnin İsmayıllıya yaxın kəndlərində uzunömürlülük indeksi aşağı düşürdü. İvanovka kəndinin sakinləri də RLS-in fəaliyyətindən narazı idilər. İndi RLS-in fəaliyyəti dayandığından İvanovkada uzunömürlülük indeksi artıb”.

S.Hüseynova qeyd edib ki, uzunömürlülük nəsillə davam edə bilsə də, ekoloji amillərin də təsiri var: “Apardığımız tədqiqatlardan məlum olub ki, uzunömürlülük populyativdir, yəni populyasiya şəklindədir. Müəyyən nəsil var ki, onlar uzunömürlüdürlər. Əgər ekoloji mühit yaxşı olarsa, həmin nəsildə bu gen itməyərək nəsildən-nəslə ötürülür. Amma babası, nənəsi, atası uzunömürlü olan şəxs ekoloji mühiti pis olan ərazidə yaşayırsa, təbii ki, bu amil onun ömür uzunluğuna mənfi təsir edir”.

Xatırladaq ki, ötən ilin əvvəlinə olan məlumatlara əsasən, Azərbaycanda 90 yaşından yuxarı olan təxminən 10 min uzunömürlü var. Uzunömürlülər siyahısına daha çox qadınlar düşüb. Belə ki, ölkədəki uzunömürlülərin 814 nəfəri qadın, 24-ü kişidır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

Mikayıl Mirzənin oğlu: "Atam sağ olsaydı, mən səfir idim..."

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

Bakıda azyaşlı övladını girov götürən və zərərsizləşdirilən şəxs "Beton Xosrov" ləqəbli tanınmış idmançı olub - Təfərrüat

"Elman Rüstəmov “Premium Bank” vasitəsilə Mərkəzi Bankdan 2,5 milyon manat məbləğində qanunsuz kredit götürüb"

Politoloq: Kamala Harris Bayden qədər asan rəqib deyil...

Şəmkirdə kişi arvadını bıçaqlayıb - Yenilənib

Ədalət Şükürov bağını nümayiş etdirdi - Video

Bakıda arıçılıq məhsullarının növbəti Sərgi-Satış Yarmarkası keçiriləcək

Ən çox oxunanalar