Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ fəalaşır, İran üçün halqa daralır.. - İraqda nə baş verir?..

Son günlərdə ABŞ əsgərlərinin İraq daxilində hərəkətliliyi müşahidə olunur...

Xarici mənbələr bu hərəkətliliyin İraqla bağlı olduğunu iddia edir. Lakin yerli hökumət bunu təkzib edir.

Poliqon xəbər verir ki, İraqın Baş naziri Məhəmməd Şia əl-Sudaninin təhlükəsizlik məsələləri üzrə müşaviri Xalid əl-Yəqubi ABŞ qüvvələrinin İraqdakı son hərbi fəaliyyəti və əsgərlərin yenidən İraqda yerləşdiriləcəyi ilə bağlı iddialarla bağlı AA müxbirinə açıqlama verib.

Yakubi ABŞ-ın İraqa hərbi yük daşıdığına dair iddiaların əsassız olduğunu ifadə edərək, “Biz yalnız ABŞ əsgərlərinin hərəkətliliyi və onların yenidən İraqa yerləşdiriləcəyi xəbərini eşidirik, lakin rəsmi mənbələr bunu təsdiqləmir”, deyib.

Yakubi iddiaları rədd edərək, bu hərəkətin ABŞ-ın Suriya tərəfində edəcəyi hərbi dəyişikliklərlə əlaqəli olduğunu bildirib.

Avqustun 7-də İraqın müdafiə naziri Sabit Abbasinin ABŞ-a səfəri zamanı nümayəndə heyətində olan Yakubi aparılan danışıqlarda hərbi hissələrin İraqda qalması məsələsinin gündəmdə olmadığını bildirib: “İraqABŞ arasında təhlükəsizlik danışıqları uğurla başa çatıb”.

Yakubi bu kontekstdə İraqın suverenliyinə zidd heç bir vəziyyətin olmayacağını və ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin İraqda İŞİD-ə qarşı mübarizə apara biləcəklərini bildirib.

Qeyd edək ki, ABŞ-ın İraqın müxtəlif bölgələrinə hərbi maşınlarla yük daşıdığı iddia edilir, sosial mediada bəzi təsdiqlənməmiş görüntülər də yayımlanıb.

İraqlı hərbi ekspertlər də ABŞ-ın müzakirələrə səbəb olan son hərbi fəaliyyətini dəyərləndiriblər.

Hərbi ekspert Muayyed Ciheyşi İraqın indiki mərhələdə xarici əsgərlərə ehtiyacının olmadığını, İŞİD terrorçularının sayının 200-300-ü keçmədiyini və hücum təşkil etmək imkanlarının olmadığını vurğulayıb. Ciheyşi bununla belə, İraq təhlükəsizlik qüvvələrinin qabaqcıl silahlardan istifadə edə bilmək üçün təlimə ehtiyacı olduğunu bildirib.

“Birləşmiş Ştatlar İranın İraq üzərindən Suriyaya silah, partlayıcı maddələr və hərbi ləvazimatlar göndərməsinin qarşısını almaq istəyir. ABŞ İran, İraq, Suriya və Livan arasında əlaqəni kəsməyi hədəfləyir. Ona görə də Suriyanın şərqində əməliyyat keçirirlər. ABŞ israr edir ki, Elbu Kamal Sərhəd Qapısı və o xətt tamamilə onun nəzarəti altında olsun”, deyə Muayyed Ciheyşi bildirib.

Ekspert əlavə edib ki, ABŞ Suriyanın şərqində məzarətini genişləndirmək istəyir.

“Bu, adi bir əməliyyat kimi, nə də güc nümayişi görünə bilməz”, deyə ekspert vurğulayıb.

Digər iraqlı hərbi ekspert Məhəmməd Sabir ABŞ-ın son hərbi fəaliyyətini anti-İran xəttində şərh edib: "İrana bağlı milis qrupları İran-İraq-Suriya-Livan arasında silah və hərbi ləvazimatlar göndərmək üçün Elbu Kamal xəttini nəzarətdə saxlayırdılar. ABŞ indi o xətti kəsib. Bu, çox əhəmiyyətli və strateji bir nöqtədir".

Bunun İranın Suriya və Livandakı müttəfiqləri ilə əlaqələrini kəsmək mənasına gəldiyini deyən Sabir bildirib ki, bu yolla İran da Aralıq dənizinə çıxa bilməyəcək:

ABŞ-ın hərbi fəaliyyəti adi deyil, bu, böyük müharibənin xəbərçisidir. ABŞ-ın bu fəaliyyəti 1991 və 2003-cü illərdəki fəaliyyətə bənzəyir. ABŞ Aralıq dənizində iki böyük döyüş təyyarəsi ilə qoşun yerləşdirib”, deyə Sabir qeyd edib.

Poliqon.info


Etiket: ABŞ İran Halqa İraq


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

Mikayıl Mirzənin oğlu: "Atam sağ olsaydı, mən səfir idim..."

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

Bakıda azyaşlı övladını girov götürən və zərərsizləşdirilən şəxs "Beton Xosrov" ləqəbli tanınmış idmançı olub - Təfərrüat

Ağadadaş Ağayevin atdığı balta qadını yaraladı - Təfərrüat

"Elman Rüstəmov “Premium Bank” vasitəsilə Mərkəzi Bankdan 2,5 milyon manat məbləğində qanunsuz kredit götürüb"

Şəmkirdə kişi arvadını bıçaqlayıb - Yenilənib

Ədalət Şükürov bağını nümayiş etdirdi - Video

Bakıda arıçılıq məhsullarının növbəti Sərgi-Satış Yarmarkası keçiriləcək

Ən çox oxunanalar