Çərşənbə axşamı, 13 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Varlanmağa mane olan vərdişlər açıqlandı

Zənginlik və yoxsulluğun vəziyyəti əksər hallarda varidatın mövcudluğundan, yaxud miqdarından deyil, insanın öz həyatına, həmçinin pula münasibətindən asılıdır.

“Praym”ın məlumatına görə, bu barədə rusiyalı psixoloq Dmitri Sinarev bəyan edib. Onun sözlərinə görə, çox vaxt kifayət qədər firavanlıq içində yaşayan insanlar özlərini kasıb hiss edirlər.

“Onlar həyatlarından daima narazılıq hiss etdikləri üçün belədirlər, çünki özlərini davamlı olaraq daha çox şeyə sahib birisi ilə müqayisə etməyə meyllidirlər: daha gözəl bir xanım, bahalı avtomobil, prestijli vəzifə və sair arzulayırlar”.

Ekspert bu cür insanlara həyatda sahib olduqlarını qiymətləndirməyi bacarmalarını tövsiyə edir.

Psixoloqun sözlərinə görə, bir qrup insan isə özlərini təmin etmək imkanı olmasına baxmayaraq, varlana bilmir. Sinarev belələrini evində oturan “divan paxılları” adlandırıb. O bildirib ki, belə insanlar qiymətləndirilməmələrindən şikayətlənir və gizli potensiallarından danışır, amma vəziyyəti düzəltmək üçün heç vaxt ağıllı sözlərdən işə, qurban obrazından aktiv həyat mövqeyinə keçmirlər. Bu cür insanlar xəyal qurmağa meyllidirlər, ancaq həsəd aparmağı bacarırlar, vaxtlarının çoxunu isə sosial şəbəkələrdə, ya da televizor qarşısında keçirirlər.

Mütəxəssis pulu enerjinin maddi təcəssümü adlandırır, çünki insan onu öz həyatına sərf edir.

“Bəzən bir insan yaxşı bir komandada olduğundan az maaşlı bir işdə qalır. Kollektivdəki atmosfer onun üçün daha vacibdirsə, qalması yaxşıdır. Ancaq məqsəd pul qazanmaqdırsa, başqa daha gəlirli, yaxud prestijli bir yerə gedilməlidir. Hər yerdə hər şey tapmaq olar”, - deyə psixoloq vurğulayıb. (Oxu.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dağlarda hamıdan "gizlənən" altı ailə: Bu kənddəkilər üç ay "görünməz" olurlar - Video

Faciəvi şəkildə ölən 38 yaşlı Aybənizin fotosu - evi təmizləyib, yeməyi bişirib...

Fəzail İbrahimli Masallıda seçicilərlə görüşüb - Foto

Məşhur Məmmədov deputat seçilmək üçün öz işçisi ilə mübarizə aparır 

Pezeşkian yeni nazirlərini açıqladı – Bakı üçün kritik isim

Laçında keçirilən görüş Ermənistanda narahatlıq yaradıb - Fotolar

Azərbaycanda 50-dən çox zəvvar Kərbəla ziyarəti adı ilə aldadılıb? - Araşdırmalara başlanıldı

Azərbaycanda bu avtomobillərə maraq kəskin azaldı - Video

FHN Mingəçevirdə 35 yaşlı kişinin suda batması faktı ilə bağlı məlumat yayıb - Yenilənib

Rus ordusunun çıxdığı kəndə adını verən məşhur erməni: 57 il öncə Azərbaycan haqda nə yazıb?

Tahir Gözəl "Qarabağ"la birgə Bolqarıstana yollanıb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay