Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rus ordusunun çıxdığı kəndə adını verən məşhur erməni: 57 il öncə Azərbaycan haqda nə yazıb?

Bir müddət əvvəl Rusiya sərhədçilərinin Ermənistanın Azərbaycanla sərhəd kəndi olan və Kərki yaxınlığında yerləşdiyi bildirilən Paruyur Sevak kəndini tərk etdiklərinə dair məlumat yayıldı...

Poliqon globalinfo.az-a istinadən bildirir ki, kəndin adını daşıdığı Paruyur Sevak imzası ilə tanınan erməni şair Paruyur Rafeyeli Qazaryanın illər öncə Azərbaycan əleyhinə "elmi" məqalə yazdığı ortaya çıxıb.

Məlumata görə, SSRİ dövründə, təxminən 1960-cı illərdə erməni elm və mədəniyyət xadimlərinin Azərbaycan şəhərlərini, mədəni irsini erməniləşdirməsi prosesində P.Sevak da aktiv rol oynayıb. O, hətta 1967-ci ildə Azərbaycanı "saxtakarlıqda" ittiham edən, Qarabağ, Gəncə kimi ərazilərin ermənilərə məxsus olması kimi əsassız məqalələr yazıb.

Erməni şairin həmin dövrdə Azərbaycana qarşı proseslərdə kifayət qədər fəal iştirak etdiyi bildirilir.

O, həmçinin Sovet sisteminə qarşı dair tənqidi çıxışları ilə tanınıb. 1971-ci ildə İrəvana qayıdarkən avtomobil qəzası nəticəsində ölüb. Lakin P.Sevakın KQB tərəfindən sui-qəsdlə aradan götürüldüyü iddia edilir.

Qeyd edək ki, 2020-ci ildə 44 günlük müharibədən sonra Azərbaycanla sərhəddə yerləşən Paruyur Sevak kəndinə Rusiya bazası yerləşdirilib. Lakin bir qədər əvvəl rusların sözügedən kəndi səssiz şəkildə tərk etdiyi ortaya çıxıb. Paruyur Sevakın Kərki kəndinə gedən yolda yerləşdiyi bildirilir. Hətta rusların ərazini tərk etməsi Ermənistan ictimaiyyətində Kərkinin Azərbaycana təhvili prosesinin başlaması kimi qiymətləndirilir.

Kəndin adını daşıdığı şəxsin fəaliyyəti Ermənistanda yenidən gündəmə gəlib.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

İsrailin Qəzzaya endirdiyi zərbələrdən 30-dan çox adam ölüb

Ən çox oxunanalar