Bazar ertəsi, 16 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FTB İranın mümkün kiberhücumu ilə bağlı araşdırmaya başlayıb

Federal Tədqiqat Bürosu Respublikaçı namizəd Donald Trampın kampaniyasına İran tərəfindən dəstəklənən hakerlərin mümkün kiberhücumunu araşdırır...

Poliqon xəıbər verir ki, bu barədə TASS Agentliyi FTB-nin nümayəndələrinə istinadən məlumat yayıb.

Xatırladaq ki, avqustun 10-da Politico qəzeti Donald Trampın seçki qərargahının kütləvi kiberhücuma məruz qaldığını yazıb. Nəşrin mənbələri məlumat bazasının sındırılmasına görə İranın məsuliyyət daşıdığını irəli sürüb. Lakin Respublikaçıların seçki kampaniyasının sözçüsü Stiven Çunq bu məlumatı təsdiq və ya təkzib etməkdən imtina edib. Çunq yalnız qeyd edib ki, hücumda ABŞ-a düşmən olan xarici hakerlər iştirak edib.

“Biz təsdiq edə bilərik ki, FTB bu məsələ ilə bağlı təhqiqat aparır”, deyə TASS Agentliyi adı açıqlanmayan nümayəndəsindən sitat gətirib.

Ağ Evin mətbuat katibi Karine Jean-Pierre avqustun 12-də axşam keçirdiyi brifinqdə deyib ki, kiberhücumda İranın əli olması ilə bağlı iddiaların doğruluğunu şərh etməyə hazır deyil.

CNN telekanalı mənbələrə istinadən yazır ki, FTB-nin versiyalarından birinə görə hakerlər Donald Trampın keçmiş müşaviri, siyasi strateq Rocer Stounun elektron poçtunu sındırıblar. The Washington Post qəzetinin mənbələri iddia edirlər ki, İranla əlaqəsi olduğu iddia edilən hakerlər təkcə Trampın deyil, ABŞ prezidenti Co Baydenin seçki yarışından geri çəkilməzdən əvvəl onun seçki qərargahına hücum etməyə cəhd ediblər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel döyüşlərinə görə qovulan generalla bağlı qərar

Hüququ bitirən şəxs mərc oyunlarına görə özünü asdı - Foto

İlham Əliyev "Formula-1"in prezidenti və baş icraçı direktorunu qəbul edib - Yenilənib

Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırılıblar - Yenilənib

İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib - Yenilənib

23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin bir məntəqəsində nəticələr ləğv olunub

Azərbaycan Qran-prisi: "Formula 2"də qalib bəlli olub - Yenilənib

Azərbaycan Qran-prisi: "Formula 1"də əsas yarış başlayıb

Şəfasından xəbərsiz olduğumuz taxıl bitkiləri - Bu 4 sıyıq qaraciyəri bərpa edir

24 saylı Nizami Seçki Dairəsinin 5 məntəqəsinin nəticələri ləğv edilib

Ən çox oxunanalar